11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Gündüz Əbdülov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini ədliyyə polkovniki Elmir Süleymanlı ilə görüşüb.

24 Aprel 2026 16:37
Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

BAKI,VOA

Aprelin 24-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini ədliyyə polkovniki Elmir Süleymanlı ilə görüşüb.

Bu barədə VOA-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan və tətbiq edilən yeniliklərdən danışılıb. Eeyd edilib ki, aparılan islahatlar hərbi təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, hərbi təhsilin cəlbediciliyinin və ordumuzun peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır. Eləcə də hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub.

Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinqlər təqdim olunub.

Görüşün yekununda tərəflər arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər birgə şəkildə konfranslar, seminarlar, təlimlər və müzakirələr təşkil edəcək, analitik işlər, monitorinqlər və sorğular həyata keçirəcəklər. Həmçinin yerli və beynəlxalq təcrübənin öyrənilməsi üçün müxtəlif elmi və tədris tədbirləri, o cümlədən dəyirmi masalar, simulyasiyalar və görüşlər keçiriləcək.

Bundan əlavə, metodiki vəsaitlər, elmi məqalələr, broşuralar, monoqrafiyalar və digər çap materialları birlikdə hazırlanacaq. Hüquq elminin və mövcud qanunvericiliyin inkişafı üçün birgə təkliflər hazırlanacaq, müzakirə ediləcək və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında təşəbbüslər irəli sürüləcək.

Eyni zamanda, nəzəri biliklərlə praktiki təcrübənin əlaqəsini gücləndirmək məqsədilə əməkdaşların peşə hazırlığının artırılmasında qarşılıqlı iştirak təmin olunacaq.

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Məqalədə: #Müdafiə Nazirliyi #Hərbi Prokurorluq

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.