9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir

Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir

5 May 2026 14:40
Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir

BAKI. VOA:

Mayın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivlərini ətraflı nəzərdən keçiriblər.

Bildirilib ki, siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb.

Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan ilə normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına sadiqliyi bir daha vurğulanıb.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunub.

Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir
Məqalədə: #Ceyhun Bayramov #Kaja Kallas #Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) #Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi #Avropa Komissiyasının vitse-prezidenti

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.