10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub

Bəxtiyar Aslanbəyliyə və Nərgiz Hacıyevaya Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub.

6 May 2026 22:15
bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub

BAKI,VOA

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə və "British Council"ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafına verdikləri töhfəyə görə Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub.

VOA xəbər verir ki, mükafatları onlara Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld təqdim edib.

“Ən böyük imtiyazlardan biri, bir insana Onun Əlahəzrət Kral tərəfindən mükafata layiq görüləcəyini xəbər vermək imkanıdır. Bundan da xoşu isə bu mükafatı şəxsən Onun Əlahəzrəti adından təqdim etməkdir. Mənim üçün xüsusi məmnuniyyətdir ki, bu mükafatları böyük simpatiya və hörmət bəslədiyim iki insana təqdim edirəm. Onlar mənim burada Böyük Britaniyanın səfiri kimi fəaliyyət göstərdiyim dörd il ərzində, eləcə də məndən əvvəlki bir çox britaniyalı səfirlər dövründə Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə veriblər”, – deyə F.Auld bildirib.

O qeyd edib ki, bp “Əsrin müqaviləsi”nin imzalanmasından bəri Azərbaycanın inkişafında ayrılmaz rol oynayıb və ölkənin sonrakı inkişafına mühüm töhfə verib.

Səfir həmçinin vurğulayıb ki, "British Council" artıq demək olar ki, üç onillikdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin insan kapitalının inkişafına töhfə verir.

Bəxtiyar Aslanbəyli və Nərgiz Hacıyeva isə öz növbəsində fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkür edərək Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Bəxtiyar Aslanbəyli Kral III Çarlz tərəfindən Britaniya İmperiyasının Ən Şərəfli Ordeninin Zabiti (OBE) fəxri adına layiq görülüb. Nərgiz Hacıyeva isə Britaniya İmperiyasının Ordeninin Fəxri Üzvü (MBE) adına layiq görülüb.

bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Böyük Britaniyanın fəxri mükafatları təqdim olunub
Məqalədə: #Azərbaycan #BöyükBritaniya #BəxtiyarAslanbəyli #NərgizHacıyeva #BritishCouncil #FerqusAuld

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.