14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Silsilə tədbirlər çərçivəsində şəxsi heyətin Heydər Əliyev Mərkəzlərinə, muzeylərə ziyarəti təşkil olunub

10 May 2026 19:06
Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

BAKI,VOA

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Nazirliyin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

Bu barədə VOA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bütün həyatını xalqına xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. Onun ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamız böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Ulu Öndərin xalqımızın milli şüurunun oyanışı istiqamətində gördüyü böyük işlər nəticəsində Azərbaycan müstəqil və suveren dövlət kimi mövcudluğunu təmin edib.

Onun yorulmaz fəaliyyəti nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də möhkəm təməl yaradılmış, mühüm uğurlar qazanılmış və genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında layiqli yer tutmaqdadır.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib.

Ölkəmiz demokratik dövlət və ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib. Hərbi potensialı gündən-günə artan Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib və şanlı Zəfər qazanıb.

Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, ordumuzun və dövlətçiliyimizin inkişafı istiqamətində misilsiz xidmətləri, eləcə də əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və bütövlükdə xalqımızın qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyətin Heydər Əliyev Mərkəzlərinə, muzeylərə ziyarəti təşkil olunub, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilib.
Sonda vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.

Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Məqalədə: #Müdafiə Nazirliyi #Ulu Öndər Heydər Əliyev

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.