6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.

1 İyun 2026 22:04
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

BAKI,VOA

1 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən VOA-ya bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlığın, xüsusilə ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Eyni zamanda bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov ölkəmizin əlverişli investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Bu istiqamətdə Orta Dəhlizin artan əhəmiyyəti, onun regional iqtisadi inteqrasiyaya verdiyi töhfə vurğulanıb.

Görüşdə, ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xəttlərinin açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Məqalədə: #Azərbaycan #ABŞ #Ceyhun Bayramov #Enerji təhlükəsizliyi #Strateji Tərəfdaşlıq Xartiyası #TRIPP layihəsi #İqtisadi Dialoq #Kaleb Orr #Regional bağlantılar

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.