4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır

7 İyun 2026 16:29
Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

BAKI,VOA

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.

Azərbaycanın Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə: #Rusiya Federasiyası #Azərbaycanın Xarici İşlər Nazirliyi #Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi #Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib

24 İyul 13:34
Azərbaycan Rusiyanı təbrik edib
Siyasət

Azərbaycan Rusiyanı təbrik edib

12 İyun 09:20
Moskvada Azərbaycanın diplomatik avtomobili qəzaya uğrayıb
Hadisə

Moskvada Azərbaycanın diplomatik avtomobili qəzaya uğrayıb

7 Mart 23:07
BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib
Siyasət

BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib

7 Mart 00:56

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.