6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

“Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib

3 İyul 2026 12:25
Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

BAKI,VOA Orxan Qədirzadə

İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Türk Dünyası Həftəsi çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.

Sərgi Türk Mədəniyyəti və İrsi Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Layihənin məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya elminin inkişaf mərhələlərini geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Birinci Türkoloji Qurultayın Türk dünyasının elm və mədəniyyət tarixində dönüş nöqtəsi olduğunu və türk xalqlarının irsinin öyrənilməsi üçün elmi əsaslar yaratdığını qeyd edib. Çıxışının yekununda Muzeyin direktoru sərginin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirib.

Sərginin ev sahiblərindən olan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Fondun prezidenti bildirib ki, 100 il əvvəl Birinci Türkoloji Qurultayda səsləndirilən və dövrün ən mühüm ideya suallarından birinə çevrilən “Türk xalqları kimdir, nə istəyir, harada birləşir?” sualının cavabı məhz bu sərgidə öz əksini tapır.

Professor Aktotı Raimkulova vurğulayıb ki, Fond üçün bu sərgi sadəcə bir layihə deyil, Türk dünyasının ortaq yaddaşına, ortaq köklərinə və zəngin mədəni irsinə göstərilən dərin ehtiramın təzahürüdür.

“Buradakı hər sənəd, hər fotoşəkil, hər eksponat bir tarixdir. Onları diqqətlə seyr edin - çünki onların içində bizim hamımızın kökləri var”, - deyə Fondun prezidenti çıxışını yekunlaşdırıb.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək, ortaq tarixi yaddaşı yaşadan və xalqlar arasında mədəni bağları möhkəmləndirən bu cür layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasında türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı il Birinci Türkoloji Qurultayı, 1937–1938-ci illərin repressiyaları, eləcə də müstəqillik dövründə Türk dünyasının yenidən inteqrasiyası kimi mühüm tarixi mövzular əksini tapıb.

Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu #Milli Azərbaycan Tarixi Muzeyi #fikir #Türk Dünyası Həftəsi #Birinci Türkoloji Qurultayın 100 illiyi #Bakı. 1926: Dil #Birlik sərgisi

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.