6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmənlə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub. Tərəflər parlamentlərarası əlaqələrin iki ölkə münasibətlərində mühüm rol oynadığını vurğulayıblar. Sahibə Qafarova qarşılıqlı səfərlərin və təmasların əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Bob Bləkmən Azərbaycanın inkişafı və Bakı şəhəri ilə bağlı müsbət fikirlərini bölüşüb. Görüşdə dostluq qrupları arasında əməkdaşlıq və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Həmçinin regiondakı vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə fikir mübadiləsi aparılıb.

13 İyul 2026 19:42
Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

BAKI,VOA

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin, parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.

Tərəflər həmçinin, dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın də önəmini vurğulayıblar.

Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Azərbaycana növbəti səfəri, ölkəmizdə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib.

Görüşdə həmçinin, hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Məqalədə: #Milli Məclis #Sahibə Qafarova #Parlamentlərarası əməkdaşlıq #Böyük Britaniya parlamenti #Bob Bləkmən #Azərbaycan-Böyük Britaniya münasibətləri

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək
İran

İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

18 Avqust 22:48

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.