14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb

Təmiz enerjiyə keçid dayanıqlı inkişafın, iqlim dəyişikliyi ilə mübarizənin və uzunmüddətli enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib.

25 İyul 2026 09:34
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb

BAKI,VOA

Təmiz enerjiyə keçid dayanıqlı inkişafın, iqlim dəyişikliyi ilə mübarizənin və uzunmüddətli enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib.

Bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin üçüncü katibi Qəmər Səfərova "Qlobal enerji keçidinin sürətləndirilməsi: bərpa olunan enerji, enerji səmərəliliyi və beynəlxalq əməkdaşlığın inkişafı" mövzusunda keçirilən qeyri-rəsmi interaktiv dialoq zamanı bildirib.

"Bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunsa da, bu sahədə ciddi çağırışlar hələ də qalmaqdadır. Bütün ölkələrin, xüsusilə inkişaf etməkdə olan dövlətlərin enerji keçidinin yaratdığı imkanlardan faydalana bilməsi üçün investisiya boşluqları aradan qaldırılmalı, elektrik şəbəkəsi infrastrukturu modernləşdirilməli, enerji saxlama sistemləri genişləndirilməli, maliyyələşməyə və texnologiyalara çıxış təmin edilməlidir.

Bu kontekstdə beynəlxalq əməkdaşlıq və səmərəli tərəfdaşlıqlar əvəzsiz əhəmiyyət daşıyır. Azərbaycan hesab edir ki, transsərhəd əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıqlar enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və eyni zamanda qlobal iqlim məqsədlərinin irəlilədilməsində mühüm rol oynaya bilər.

COP29-a sədrliyi dövründə Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsi və iqlim gündəliyinin əsas istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi istiqamətində fəaliyyət göstərib. Bakı İqlim Birliyi Paktı çərçivəsində yüksək keyfiyyətli karbon bazarlarının fəaliyyətə başlaması istiqamətində uzun müddət gözlənilən irəliləyişdən tutmuş, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tarixində ilk dəfə olaraq iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin razılaşdırılmasına və İtki və Zərərə Cavab Fondunun tam fəaliyyətə başlamasına qədər bütün istiqamətlər üzrə mühüm nəticələr əldə olunub.

Azərbaycan bərpa olunan enerjinin sürətli inkişafının müasir və dayanıqlı elektrik enerjisi sistemlərinin yaradılması ilə müşayiət olunmalı olduğunu nəzərə alaraq, təhlükəsiz, etibarlı və dayanıqlı təmiz enerji keçidinin əsas şərtləri kimi elektrik şəbəkələri və enerji saxlama sistemlərinə investisiyaların artırılmasını təşviq edən "COP29 Global Energy Storage and Grids Pledge Initiative" təşəbbüsü ilə də çıxış edib.

Milli səviyyədə Azərbaycan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyasına əsaslanan genişmiqyaslı enerji şaxələndirilməsi proqramını həyata keçirir. Həmin strategiyada təmiz ətraf mühitin formalaşdırılması və "yaşıl artım" ölkəsinin qurulması ölkənin beş milli prioritetindən biri kimi müəyyən edilib. Bu siyasətə uyğun olaraq Azərbaycan ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə böyük günəş, külək və su elektrik enerjisi layihələri həyata keçirməklə bərpa olunan enerji istehsalını genişləndirməyə davam edir.

Azərbaycanın münaqişədən sonrakı bərpa və inkişaf səyləri də ölkənin dayanıqlı və "yaşıl artım" prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ətraf mühitin qorunması və iqlim dayanıqlılığı prinsiplərinə əsaslanan bu fəaliyyət çərçivəsində müasir şəhərsalma yanaşmaları, bərpa olunan enerji həlləri, dayanıqlı infrastruktur, eləcə də "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunur.

Qlobal enerji keçidinin sürətləndirilməsi praktik addımların atılmasını, tərəfdaşlıqların möhkəmləndirilməsini və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələri və əlaqəli infrastruktur sahələrinə davamlı investisiyaların yatırılmasını tələb edir. Azərbaycan bərpa olunan enerjiyə, dayanıqlı infrastrukturun inkişafına və beynəlxalq əməkdaşlığa investisiya qoyuluşu yolu ilə təmiz ətraf mühitin və "yaşıl artım"ın təşviqinə sadiq qalır və hər kəs üçün faydalı olacaq inklüziv, dayanıqlı və etibarlı enerji gələcəyinin qurulması istiqamətində bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır", – deyə Qəmər Səfərova bildirib.

Məqalədə: #BMT #Təmiz enerji #Təmiz enerjiyə keçid #Qəmər Səfərova #Qlobal enerji keçidinin sürətləndirilməsi: bərpa olunan enerji #enerji səmərəliliyi və beynəlxalq əməkdaşlığın inkişafı

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.