10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Qətərin Baş naziri Tehrana gedir

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani bu gün Tehrana səfər edəcək. Səfərin əsas məqsədi regionda gərginliyin azaldılması və ABŞ ilə İran arasında dialoqun yenidən başlanmasına şərait yaradılmasıdır. Qətər tərəfi hesab edir ki, mövcud fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün diplomatik yol əsas vasitə olmalıdır.

27 Avqust 2026 10:27
Qətərin Baş naziri Tehrana gedir

BAKI,VOA, Fərid Mikayılov

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani bu gün Tehrana səfər edəcək. Səfərin əsas məqsədi regionda gərginliyin azaldılması və ABŞ ilə İran arasında dialoqun yenidən başlanmasına şərait yaradılmasıdır.

VOA xəbər verir ki, Qətər Baş naziri Tehranda bir sıra yüksək vəzifəli İran rəsmiləri ilə görüşəcək. Danışıqlarda Qətərin vasitəçilik səylərinin davam etdirilməsi və regiondakı son proseslərin müzakirəsi nəzərdə tutulur.

Qətər tərəfi hesab edir ki, mövcud fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün diplomatik yol əsas vasitə olmalıdır.

Doha son dövrdə Vaşinqton və Tehran arasında danışıqların bərpası istiqamətində fəal vasitəçilik aparır. Qətər Xarici İşlər Nazirliyi daha əvvəl Oman və Pakistanla birlikdə İran və ABŞ arasında fikir ayrılıqlarının azaldılması və davamlı razılaşmanın əldə olunması istiqamətində səylərin davam etdirildiyini açıqlamışdı.

Səfər zamanı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və sərbəst hərəkətin bərpası məsələsinin də müzakirə ediləcəyi bildirilir.

Qətər bundan əvvəl də ABŞ və İran arasında vasitəçi rolunda çıxış edib. Doha iyunda tərəflər arasında əldə edilən anlaşmanın formalaşmasına yardım göstərib. Lakin sonrakı dövrdə diplomatik proses yenidən dalana dirənib.

Hazırkı səfər Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi gücləndirdiyi və Hörmüz boğazı ətrafındakı vəziyyətin regional təhlükəsizlik üçün əsas məsələlərdən birinə çevrildiyi dövrə təsadüf edir.

Məqalədə: #İran #Qətər #Doha #Tehran #Məhəmməd bin Əbdülrəhman Al-Tani

Mövzu üzrə digər xəbərlər

Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər

Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir

9 Sentyabr 19:54
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Səudiyyə Ərəbistanı

Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb

9 Sentyabr 07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

9 Sentyabr 00:22
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər

Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb

8 Sentyabr 21:36

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.