13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Koreya Qazaxıstanda layihələr həyata keçirməkdə maraqlıdır

27 May 2024 10:45
Koreya Qazaxıstanda layihələr həyata keçirməkdə maraqlıdır

Bakı. AzerVoice:

Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Nazira Nurbayeva Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Çunq Byonq-von ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı tərəflər qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə edib, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, qazaxıstanlı diplomat Koreyanın Samsung Electronics, Samsung C&T, Samsung Medison, Doosan Enerbility, ECOVICE, SK Ecoplant, KIGAM, GL Rapha, LS Networks və Ionia EnC kimi iri şirkətlərinin rəhbərliyi ilə görüşlər keçirib. Danışıqlar zamanı koreyalı investorlara Qazaxıstanın investisiya mühiti və investisiyaların cəlb edilməsi üçün yeni alətlər barədə məlumat verilib. Tərəflər tibb, əczaçılıq, tullantıların emalı, logistika, geologiya sahələrində birgə investisiya layihələrinin həyata keçirilməsi planlarını da müzakirə ediblər.

Koreyalı biznes rəhbərləri birgə perspektivli layihələrin həyata keçirilməsinə böyük maraq göstərib, qazaxıstanlı tərəfdaşlarla uğurlu əməkdaşlığa hazır olduqlarını bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Koreya Qazaxıstanda layihələr həyata keçirməkdə maraqlıdır
Məqalədə: #Qazaxıstan #Cənubi Koreya

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Qazaxıstan

Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

28 Avqust 16:03

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.