9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qırğızıstan
Qırğızıstan

Bişkekdə 7 Aprel şəhidlərinin xatirəsinə mərasim keçirilib

7 Aprel 2025 11:22
Bişkekdə 7 Aprel şəhidlərinin xatirəsinə mərasim keçirilib

BAKI, AzerVoice

Qırğızıstanda 7 Aprel Xalq İnqilabının 15-ci ildönümündə şəhidlər yad edilib.

AzerVoice xəbər verir ki, Qırğızıstanda 2010-cu ilin 7 aprelində baş verən Xalq İnqilabının qurbanlarının xatirəsinə Bişkek şəhərində anım mərasimi keçirilib.

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən şəhidlər bu gün paytaxtda yerləşən və xalqın azadlıq mübarizəsini simvolizə edən 7 metr hündürlüyündəki abidənin önündə yad olunub.

Anım mərasimində Qırğızıstan Nazirlər Şurasının sədri Edil Baysalov, mədəniyyət, informasiya və idman naziri Mirbek Mambetəliyev, eləcə də Bişkek Böyükşəhər Bələdiyyəsinin meri Aybek Junişəliyev iştirak ediblər. Rəsmi şəxslər abidə önünə gül dəstələri qoyaraq, bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad ediblər.

Qeyd edək ki, 2010-cu il aprelin 7-də Qırğızıstanda hökumət əleyhinə genişmiqyaslı etirazlar baş verib. Demokratik islahatlar və sosial ədalət tələbilə küçələrə axışan xalq təhlükəsizlik qüvvələrinin güc tətbiqi ilə qarşılaşıb. Baş verən qarşıdurmalarda 100-dən çox insan həyatını itirib, yüzlərlə vətəndaş yaralanıb. Nəticədə o vaxtkı prezident Kurmanbek Bakiyev devrilərək ölkəni tərk edib və sonradan Belarusa sığınıb.

Məqalədə: #Qırğızıstan #Bişkek #Qırğızıstanda 7 Aprel Xalq İnqilabı #Xalq İnqilabının 15-ci ildönümü #Anım mərasimi #Qırğızıstanın siyasi tarixi

Mövzu üzrə digər xəbərlər

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

1 Sentyabr 12:57
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08
Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb
Qırğızıstan

Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

31 Avqust 10:35

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.