6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Ramazan bələdçisi: Tarix və hikmət
Ramazan bələdçisi: Tarix və hikmət

Diş fırçalamaq orucu pozurmu? Mütəxəssislər cavab verir

Ramazan ayı müsəlmanlar üçün böyük mənəvi əhəmiyyətə malikdir, lakin bu müqəddəs ay ağız və diş sağlamlığı baxımından bəzi çətinliklər yarada bilər. Səhərdən axşama qədər yemək və içməkdən çəkinmək, ağız boşluğunda müəyyən dəyişikliklərə səbəb olur ki, bu da diş və diş əti sağlamlığına təsir edə bilər. Elmi tədqiqatlar orucluğun ağız sağlamlığına təsirini araşdıraraq, bu problemlərin qarşısını almaq üçün faydalı tövsiyələr təqdim edib.

21 Fevral 2026 10:00
Diş fırçalamaq orucu pozurmu? Mütəxəssislər cavab verir
Bizi buradan izləyin və Bizə yazın

Bakı, AzerVoice

Ramazan ayı müsəlmanlar üçün böyük mənəvi əhəmiyyətə malikdir, lakin bu müqəddəs ay ağız və diş sağlamlığı baxımından bəzi çətinliklər yarada bilər. Səhərdən axşama qədər yemək və içməkdən çəkinmək, ağız boşluğunda müəyyən dəyişikliklərə səbəb olur ki, bu da diş və diş əti sağlamlığına təsir edə bilər.

Elmi tədqiqatlar orucluğun ağız sağlamlığına təsirini araşdıraraq, bu problemlərin qarşısını almaq üçün faydalı tövsiyələr təqdim edib.

Orucluq zamanı ağız sağlamlığı ilə bağlı problemlər

Ağız quruluğu və tüpürcək ifrazının azalması

2023-cü ildə "Ağız Sağlamlığı və Stomatoloji İdarəetmə Jurnalı"nda (Journal of Oral Health and Dental Management) yayımlanan araşdırmaya görə, oruc tutanların 65%-i ağız quruluğundan əziyyət çəkir. Bunun əsas səbəbi, tüpürcək ifrazının azalmasıdır ki, bu da diş çürüməsinə və diş əti xəstəliklərinə səbəb ola bilər.

Şəkərli qidalar və Ramazana xas qida vərdişləri

İftar süfrələrində şirniyyatların və yüksək karbohidratlı qidaların çoxluğu, diş ərpinin yaranmasına və çürük riskinin artmasına səbəb olur. "Beynəlxalq Ağız Gigiyenası Jurnalı"nda (International Journal of Dental Hygiene) 2022-ci ildə dərc edilən bir araşdırmaya görə, Ramazan ayında diş çürüməsi riski 30% artır.

Ramazan ayı və psixoloji gərginlik

Ramazan ayı, mənəvi dəyəri ilə yanaşı, bəzi insanlarda stress və gərginlik yarada bilər. 2018-ci ildə İranın Əhvaz Universitetində aparılan tədqiqat göstərir ki, psixoloji stres ağız yaralarına və ağız qoxusuna səbəb ola bilər.

Diş müalicəsinə laqeyd yanaşmaq

Səudiyyə Ərəbistanının Kral Səud Universitetində 2009-cu ildə aparılan bir araşdırmaya görə, Ramazan ayında diş müalicəsinə gedən xəstələrin sayı 79.1% azalır. Bunun əsas səbəbi, insanların orucu pozmaq qorxusudur.

Səhv yanaşmalar: Misvakdan uzaq durmaq və ağız gigiyenasını laqeyd yanaşmaq
Misvakın bakteriyalara qarşı təsirli olduğu elmi araşdırmalarla sübut edilib. 2014-cü ildə Pakistanın Kəraçi Universitetində aparılan araşdırma göstərir ki, misvak diş çürüklərinə və pis ağız qoxusuna səbəb olan bakteriyaların inkişafını dayandırır. Buna baxmayaraq, yeni nəsillər misvakın faydalarından xəbərsizdir və onu istifadə etmirlər.

Eyni zamanda, bəzi insanlar diş fırçalamağın orucu poza biləcəyini düşünərək səhv edir. Lakin İslam alimləri bildirir ki, diş fırçalamaq və ya ağız qarqara etmək orucu pozmur, sadəcə suyu udmamaq lazımdır.

Ramazan ayında ağız və diş sağlamlığını qorumaq üçün tövsiyələr

Dişlərinizi gündə ən azı iki dəfə fırçalayın – Xüsusilə iftardan və sahurdan sonra florid tərkibli diş pastasından istifadə edin.

Ağız quruluğunun qarşısını alın – Sahurdan iftara qədər 8 stəkan su içməyə çalışın.

Dil təmizləyicisindən istifadə edin – Ağızdakı bakteriyaları azaltmaq üçün dil təmizləyicisi və ya diş fırçası ilə dili təmizləmək tövsiyə olunur.

Şəkərsiz saqqız çeynəyin – Xüsusilə ksilitol tərkibli saqqızlar tüpürcək ifrazını artıraraq bakteriyalarla mübarizə aparır.

Şəkərli və turşulu qidalardan uzaq durun – Çürük riskini azaltmaq üçün portağal, çiyələk və qreypfrut kimi C vitamini ilə zəngin meyvələrə üstünlük verin.

Diş həkiminə mütəmadi baş çəkin – Ramazan ayından əvvəl və ya orucluq zamanı müalicəyə ehtiyac varsa, mütləq diş həkiminə müraciət edin.

Siqareti tərgidin – Ramazan, siqaretdən imtina etmək üçün ideal vaxtdır. Siqaret, diş əti xəstəlikləri və ağız qoxusunun əsas səbəblərindən biridir.

Ramazan ayı, yalnız mənəvi təmizlik üçün deyil, həm də fiziki sağlamlığı qorumaq üçün əla fürsətdir. Elmi tədqiqatlara əsaslanaraq diş və ağız gigiyenasına düzgün riayət etməklə, oruc zamanı yaranan problemlərin qarşısını almaq mümkündür.

Məqalədə: #Ramazan orucu #Ramazan ayı #Ramazan Bayramında qətliam #ramazan orucu qaydaları #Ramazan sahuru #Ramazan ibadətləri #Ramazan 2026 #Ramazanın başlanğıcı #Ramazan ayı BƏƏ #Ramazanın tarixi 2026 #Ramazan nə vaxt başlayır #Ramazanda oruc pozmağın kəffarəsi #ramazanda oruc pozmaq

Mövzu üzrə digər xəbərlər

Uhud döyüşü haqqında nə bilirik?
Tarixdə bu gün

Uhud döyüşü haqqında nə bilirik?

26 Aprel 10:53
29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı
Ramazan bələdçisi: Tarix və hikmət

29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı

19 Mart 05:30
Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub
Cəmiyyət

Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub

18 Mart 12:29
Bakıda BƏƏ səfirliyi iftar süfrəsi təşkil edib
Cəmiyyət

Bakıda BƏƏ səfirliyi iftar süfrəsi təşkil edib

16 Mart 11:39

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.