7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub

Martın 17-də Tbilisi şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda tədbir keçirilib və soydaşlarımız üçün iftar mərasimi təşkil edilib.

18 Mart 2026 12:29
Baku
Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub

BAKI. VOA:

Martın 17-də Tbilisi şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda tədbir keçirilib və soydaşlarımız üçün iftar mərasimi təşkil edilib.

VOA xəbər verir ki,tədbirdə soydaşlarımız, din xadimləri, Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə yanaşı, ictimai birliklərin nümayəndələri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, Gürcüstan azərbaycanlıları yaşadıqları dövlətə inteqrasiya etməklə bərabər, dini və milli kimliklərini də qoruyub saxlayıblar. Səfir həyata keçirilən layihələrə verilən dəstəyə, göstərilən diqqətə görə Gürcüstan hökumətinə təşəkkür edib. F.Quliyev xatırladıb ki, keçirilən tədbirlərdə icmanın bütün fəal nümayəndələri dəvət olunur. O, həmçinin Ramazan ayının ehtiva etdiyi nəcib dəyərlərdən danışıb, bu ay ərzində insanların ədalət, saf niyyətlər ətrafında birləşməsinin zəruriliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bu il Ramazan və Novruz bayramlarının eyni günə təsadüf etdiyini xatırladıb. O, qeyd edib ki, Ramazan ayı mənəvi kamilləşmə və saflığı özündə ehtiva edir. Novruz isə Azərbaycan xalqının tarixən qeyd etdiyi və insanlara bir çox ülvi dəyəri təlqin edən milli bayramımızdır. Hər iki bayram münasibətilə Gürcüstanda yaşayan soydaşlarımız üçün belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə diqqət çəkən A.Şirinov iştirakçılara öz təşəkkürünü bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov bildirib ki, tədbir xalqımızın qədim və əziz bayramlarından olan İlaxır çərşənbə gününə təsadüf edir. Həm Ramazan ayı, həm də İlaxır çərşənbə insanları bir araya gətirən, birlik və həmrəyliyi gücləndirən mənəvi dəyərləri ifadə edir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi, Gürcüstan azərbaycanlıları da tarixən öz milli-mənəvi dəyərlərini qoruyub saxlayıblar.

Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev və Zaur Darğalı çıxışlarında soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində təşkil olunan tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Eyni zamanda bildirilib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanan mehriban qonşuluq və dostluq əlaqələrinin ən yaxşı nümunələrindən biridir.

Tədbirdə çıxış edən din xadimləri Ramazan ayının fəzilətindən bəhs edərək birlik və həmrəylik mesajları səsləndiriblər.

Tədbir zamanı Azərbaycan İlahiyyat İnstitutunun 2024-2025-ci tədris ili “İslamşünaslıq” ixtisası məzunları İqbal Əiyev və Kamil Məmmədova diplomları təqdim edilib.

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq ixtisası, 2-ci kurs tələbəsi Fəyaz Nəsirzadə tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub. Quba "Səkinə xanım" məscidinin imamı Həmdullah Dənyarlı iftar duası oxuduqdan sonra tədbir iştirakçıları birlikdə oruclarını açıblar.

Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub
Məqalədə: #Gürcüstan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramazan ayı #Tbilisi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb
Neft və qaz

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

17 Avqust 15:54
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Neft və qaz

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

13 Avqust 16:23

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.