9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika Neft və qaz
Neft və qaz

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 14 milyon 773,2 min ton (nəqletmənin 76,8 faizi) təşkil edib. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12 milyon 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 milyon 618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

17 Avqust 2026 15:54
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

BAKI,VOA

Bu ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 14 milyon 773,2 min ton (nəqletmənin 76,8 faizi) təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 milyon 382,9 min ton və ya 8,6% azdır.

Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında BTC ilə 16 milyon 156,1min ton neft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12 milyon 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 milyon 618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir.

Xatırladaq ki, bp şirkətinin mətbuat xidmətinin məlumatına əsasən, Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) 2026-cı il iyulun 1-dən etibarən BTC ixrac neft kəmərinin operatoru funksiyasının BP Exploration (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations MMC"yə (SMO) keçdiyini elan edib.

Bildirilir ki, operator funksiyalarının ötürülməsi BTC neft kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən hər üç hissəsini əhatə edir. Bundan əlavə, bp-nin məlumatına görə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətin idarə olunması, eləcə də bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə yerinə yetirdiyi ümumi əməliyyat operatoru funksiyaları da SMO-ya keçir.

Qeyd edək ki, BTC neft kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.

Boru kəməri Xəzər regionundan çıxarılan xam neftin Aralıq dənizi sahillərinə təhlükəsiz nəqlini təmin etmək məqsədilə inşa olunub.

Layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verir, eyni zamanda tranzit ölkələrə əhəmiyyətli gəlirlər qazandırır.

Layihənin istifadəyə verildiyi vaxtdan bəri boru kəmərinin marşrutu boyunca yerləşən 550-dən çox yaşayış məntəqəsində 750 mindən artıq insanı əhatə edən minlərlə sosial təşəbbüs həyata keçirilib.

BTC-nin ötürücülük qabiliyyəti günə 1 milyon barel neft təşkil edir. Boru kəmərində diametri 46, 42 və 34 düym olan borulardan istifadə olunur, burada 8 nasos stansiyası və 98 bağlayıcı stansiya fəaliyyət göstərir. Marşrut boyunca neft kəməri bir neçə dağ silsiləsini, 3 mindən çox avtomobil yolunu, dəmir yolu və rabitə xətlərini, həmçinin eni 500 metrədək olan Ceyhan çayı da daxil olmaqla 1 500-dən çox su hövzəsindən kəsib keçir.

Öz dövrünün ən iri və mürəkkəb mühəndis layihələrindən biri hesab olunan BTC-nin tikintisi 2002-ci ilin iyulunda layihənin təsdiqindən 2006-cı ilin mayında tikintinin başa çatmasına qədər, ümumilikdə dörd il davam edib. Tikintinin ən intensiv mərhələsində layihədə 22 min nəfər çalışıb və onların təxminən 80 faizini yerli mütəxəssislər təşkil edib.

İlk neft partiyası 2006-cı il iyunun 4-də Ceyhan terminalında "British Hawthorn" tankerinə yüklənib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Gürcüstan #Dövlət Statistika Komitəsi #Bakı–Tbilisi–Ceyhan (BTC)

Mövzu üzrə digər xəbərlər

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.