10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə XİN İsrailin Qəzzada mülki şəxslərin öldürməsini pisləyib

5 Aprel 2025 18:42
Səudiyyə XİN İsrailin Qəzzada mülki şəxslərin öldürməsini pisləyib

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanı İsrailin Fələstin torpaqlarında eskalasiyasını, mülki şəxslərin və onların sığındığı bölgələrin hədəf alınmasını, onlarla insanın öldürülməsini, o cümlədən Qəzza zolağında məcburi köçkünləri sığınacaqla təmin edən Dar əl-Ərqəm məktəbinin bombalanmasını sərt şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda həmçinin İsrail ordusunun Rəfah şəhərində yerləşən Səudiyyə Mədəniyyət və İrs Mərkəzinə məxsus anbarı məhv etməsi də sərt şəkildə pislənilib. Həmin anbarda Qəzzadakı xəstə və yaralıların ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan tibbi ləvazimatlar saxlanılırdı.

Nazirlik vurğulayıb ki, beynəlxalq aləmdə İsrailin zorakılığına qarşı təsirli və sərt hesabat mexanizmlərinin olmaması İsrail qüvvələrinin hüquq pozuntularını daha da artırır, həm regional, həm də beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaradır.

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərinin Fələstin xalqının yaşadığı bu faciəyə son qoymaq üçün öz məsuliyyətlərini yerinə yetirmələrinin vacibliyini bir daha vurğulayıb.

Digər tərəfdən, Dünya İslam Liqası da verdiyi bəyanatda İsrailin mülki şəxslərə və infrastruktur obyektlərinə qarşı cinayətlərini qətiyyətlə pisləyib. Liqanın baş katibi və Müsəlman Alimlər Heyətinin rəhbəri Dr. Məhəmməd əl-İsa beynəlxalq ictimaiyyətin bu hüquq pozuntularına qarşı məsuliyyət daşıdığını və bu pozuntuları dayandırmaq, cinayətkarları cəzalandırmaq üçün beynəlxalq mexanizmləri işə salmasının vacibliyini qeyd edib.

Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrail işğal qüvvələrinin mülki şəxsləri, məcburi köçkünlərin sığınacaq yerlərini, təhsil və səhiyyə müəssisələrini məqsədyönlü şəkildə hədəfə almasını sərt şəkildə qınayıb. Təşkilat bunu beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və əlaqədar BMT qərarlarının açıq şəkildə pozulması kimi qiymətləndirib. Təşkilat BMT Təhlükəsizlik Şurasını BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun şəkildə hərəkətə keçərək atəşkəsi təmin etməyə, Qəzza zolağına humanitar yardımın daxil olmasına zəmanət verməyə və beynəlxalq cinayət hüququna uyğun olaraq İsrailin bütün cinayətlərinə görə məsuliyyət daşımasını təmin etməyə çağırıb.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #İslam Əməkdaşlıq Təşkilatı #Rəfah #BMT Təhlükəsizlik Şurası #Dar əl-Ərqəm məktəbi #Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Səudiyyə Ərəbistanı

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir

13:38
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
Səudiyyə Ərəbistanı

"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib

10:06
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Ərəb turizmi

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq

08:03

Son Xəbərlər

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.