10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə NEOM üçün xarici investorları cəlb edə bilmir

4 İyun 2024 11:06
Səudiyyə NEOM üçün xarici investorları cəlb edə bilmir

Bakı. AzerVoice:

Səudiyyə Ərəbistanı beynəlxalq şirkətləri ölkəyə cəlb etməyə çalışır, lakin xarici investisiya tapmaqda çətinlik çəkir.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanında xarici investisiya müqavilələri 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu krallığın xarici investorları və şirkətləri ölkəyə cəlb etməklə bağlı üzləşdiyi çətinliyi bariz şəkildə göstərir.

Səudiyyə Ərəbistanı bu ilin ilk üç ayında 64 investisiya müqaviləsi bağlayıb. Bu barədə Bloomberg xəbər mərkəzi bazar ertəsi Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin hesabatına istinadən xəbər verir. Tamamlanmış müqavilələrin sayı ötən ilin bu dövrü ilə müqayisədə 40 faiz azalıb.

Əməliyyatların azalması Səudiyyə Ərəbistanının neftdən asılı olan iqtisadiyyatını diversifikasiya etməyə çalışarkən üzləşdiyi çətinlikləri vurğulayır.

Qərb bankirləri və rəhbərləri maliyyələşmə üçün Sərvət Fondundan istifadə etmək və sövdələşmələr üzrə komissiya almaq ümidi ilə krallığa axışıblar, lakin Səudiyyə Ərəbistanı krallığa sərmayə qoymaq üçün xarici şirkətlərə ehtiyac duyur.

Qlobal investorlar Səudiyyə Ərəbistanının iqtisadi transformasiyasını dəstəkləmək məsələsində istəksiz olduqlarını göstərərək, ağır yükün böyük hissəsini vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrlik etdiyi 940 milyard dollarlıq Dövlət İnvestisiya Fondunun üstünə atırlar.

Bununla belə, Səudiyyə Ərəbistanı ən iddialı layihələrinin bəzilərini ixtisar etmək, hədəfləri aşağı salmaq məcburiyyətində qalıb. Bunlardan biri də Neom layihəsidir. Qeyd edək ki, təşkilatçılar bu 1,5 trilyon dollara başa gələn meqapolisin Nyu Yorkdan 33 dəfə böyük olacağını və 170 km düz bir şəhəri əhatə edəcəyini iddia edirdilər.

Amma Səudiyyə rəsmiləri 2030-cu ilə qədər şəhərdə yaşayan 1,5 milyon insanın əvəzinə, həmin tarixə qədər şəhərdə 300 mindən az insanın yaşayacağını proqnozlaşdırırlar. Bu arada, 170 km uzunluğunda olan şəhərin yalnız 2,4 km-nin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.

Bununla yanaşı Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər hər il 100 milyard dollar birbaşa xarici investisiya əldə etmək istəyir. İqtisadiyyatını xarici dünyaya açdıqca, sosial islahatları sürətləndirdikcə xaricdən daha çox diqqət çəkir. Birbaşa xarici investisiyalarda 2023-cü ilin dördüncü rübündə əvvəlki ilə nisbətən 16 faiz artım qeydə alınıb. Bununla belə, krallığın 2023-cü il üçün nəzərdə tutduğu 19 milyard dollarlıq birbaşa xarici investisiyalar nəzərdə tutulan səviyyədən xeyli aşağıdır.

Səudiyyə dövlət neft şirkəti olan Aramco, təxminən 12 milyard dollar dəyərində səhm satacağını söyləmişdi. Analitiklər bu qərarı Vision 2030 üçün daha çox maliyyə vəsaiti cəlb etmək cəhdi kimi şərh edirlər.

Qeyd edək ki, 2019-cu ildə Aramco-nun IPO-su rekorda imza ataraq alıcıları cəlb etmək üçün dividendlərini artırdı. Səudiyyə dövləti Aramco-nun təxminən 82 faizinə sahib olduğundan, yüksək dividend həm də pul axını təmin edir.

Onu da əlavə edək ki, uzun illər İslami idarəetmə formasını tətbiq edən Səudiyyə Ərəbistanında kişi və qadınların ictimai-dövlət işlərində birlikdə hərəkət etməsinə və hicab qaydalarını yüngülləşdirməyə imkan verən qanunlar qəbul edilib. Həmçini Dövlət İnvestisiya Fondu qolf və futbol kimi idman növlərinə sərmayə qoyur və Qırmızı dənizdə çimərlik kurortları inşa edir.

Saudi Gazette bazar ertəsi verdiyi məlumata görə, 127 beynəlxalq şirkət 2024-cü ilin birinci rübündə regional ofislərini krallığa köçürdü ki, bu da əvvəlki ilə nisbətən 477 faiz artım deməkdir. Səudiyyə Ərəbistanı bildirib ki, dövlət tenderlərinə qatılmaq üçün şirkətlərin krallıqda regional bir mərkəzi olmalıdır.

Səudiyyə NEOM üçün xarici investorları cəlb edə bilmir
Məqalədə: #Səudiyyə Ərəbistanı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib

9 Sentyabr 18:15
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Səudiyyə Ərəbistanı

Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb

9 Sentyabr 12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib

9 Sentyabr 11:48
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub

9 Sentyabr 09:26

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.