9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə ABŞ-dan 200 PUA alınacaq

23 May 2025 11:36
Səudiyyə ABŞ-dan 200 PUA alınacaq

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanı ABŞ-dan 200 pilotsuz aparat almaq üçün danışıqlara başlayıb.

AzerVoice xəbər verir ki, Baykar ilə AKINCI TİHA-nın istehsalına dair milyard dollarlıq razılaşmadan sonra Səudiyyə Ərəbistanı ABŞ istehsalı olan MQ-9 tipli pilotsuz uçuş aparatlarının alınması üçün yeni addım atıb.

Ər-Riyad administrasiyası General Atomics şirkəti ilə təxminən 200 ədəd PUA-nın alınması üçün danışıqlar aparır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2023-cü ilin iyulunda Baykar ilə 3 milyard dollarlıq müqavilə imzalayaraq AKINCI TİHA-nı öz ərazisində istehsal etməyə razılaşmışdı. Bu yeni təşəbbüs isə ölkənin PUA sahəsində paralel strateji xətt izlədiyini göstərir.

General Atomics-in sözçüsü Mark Brinkli ABŞ mediasına bildirib ki, danışıqlar çərçivəsində Səudiyyəyə MQ-9B SkyGuardian modellərinin də daxil olduğu genişmiqyaslı paket təklif olunur. Onun sözlərinə görə, bu alış-veriş ABŞ iqtisadiyyatına mühüm təsir göstərə və 46 min yeni iş yerinin yaradılmasına səbəb ola bilər.

Müdafiə analitikləri bu razılaşmanı Səudiyyə Ərəbistanının hava gücündə köklü transformasiya planının tərkib hissəsi kimi dəyərləndirir. Analitik Kristian Alexander bildirib ki, 200 PUA-lıq bu tələbat sırf taktiki deyil, strateji məqsədlərə – geniş ərazinin nəzarətdə saxlanması, regional təhdidlərin qarşısının alınması və silahlı qüvvələrin bütün sahələrini əhatə edən inteqrasiya olunmuş pilotsuz sistemlərin qurulmasına yönəlib.

Qeyd edək ki, General Atomics-in icraçı direktoru David Alexander də fevral ayında bu alışı şirkətin tarixində ən böyük beynəlxalq müqavilə ola biləcək bir layihə kimi qiymətləndirmişdi.

Müşahidəçilər bu addımı Səudiyyənin bir müddət Çin və Türkiyə ilə hərbi əməkdaşlıq axtarışlarından sonra ABŞ-la strateji bağlarını yenidən gücləndirməsi kimi qiymətləndirir.

Məqalədə: #Səudiyyə Ərəbistanı #ABŞ #Baykar #PUA #Bayraktar AKINCI #Səudiyyə və ABŞ münasibətləri #ABŞ-Səudiyyə iqtisadi əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Səudiyyə Ərəbistanı

Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb

12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib

11:48
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub

09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

09:23

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.