11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Şimali Kipr
Şimali Kipr

Erhürman KKTC-də Prezidentlik vəzifəsini rəsmi olaraq öhdəsinə götürüb

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçilən Tufan Erhürman, ŞKTC Respublikası Məclisində keçirilən mərasimdə and içib. Məclisə gələn Tufan Erhürmanı ŞKTC Respublikası Məclisi sədri Ziya Öztürkler qarşıladı və o, hərbi dəstəni salamlayıb. Erhürman Məclis Ümumi Zalına daxil olaraq prezidentlik andını verib.

24 Oktyabr 2025 13:13
Erhürman KKTC-də Prezidentlik vəzifəsini rəsmi olaraq öhdəsinə götürüb

BAKI, AzerVoice, Nailə Babazadə

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçilən Tufan Erhürman, KKTC Respublikası Məclisində keçirilən mərasimdə and içib.

AzerVoice xəbər verir ki, məclisə gələn Tufan Erhürmanı KKTC Respublikası Məclisi sədri Ziya Öztürkler qarşıladı və o, hərbi dəstəni salamlayıb.

Erhürman Məclis Ümumi Zalına daxil olaraq prezidentlik andını verib.

Qeyd edək ki, Tufan Erhürman (11 sentyabr 1970-ci il təvəllüdlü) - türk əsilli kiprli akademik, hüquqşünas, diplomat və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) seçilmiş prezidentidir. Peşəkar hüquqşünas kimi dövlət hüququ sahəsində ixtisaslaşmış Erhürman 2008–2010-cu illərdə Kipr münaqişəsinin həlli üzrə danışıqlarda iştirak edib. 1999–2004-cü illərdə Türkiyə Ədliyyə Nazirliyində çalışıb və bu müddətdə ölkədə ombudsman institutunun yaradılması prosesində iştirak edib.

Hal-hazırda Cümhuriyyətçi Türk Partiyasının (CTP) lideridir. 2018-ci ilin yanvarından başlayaraq dörd partiyalı koalisiyanın rəhbəri kimi Baş nazir vəzifəsini icra edib. Koalisiya hökuməti 9 may 2019-cu ildə istefa versə də, Erhürman 22 may 2019-cu ilədək Baş nazir kimi fəaliyyətini davam etdirib və həmin tarixdə vəzifəni Ersin Tatara təhvil verib. O, 2025-ci ildə keçirilən prezident seçkilərində böyük səs fərqi ilə qalib gələrək Şimali Kiprin prezidenti seçilib.

Erhürman orta təhsilini Türk Maarif Kollecində başa vurub. 1988-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub. Magistr və doktorluq dərəcələrini də elə həmin universitetdə alıb. Onun 2001-ci ildə müdafiə etdiyi doktorluq işi “Hakimiyyətin qeyri-hüquqi nəzarəti və Ombudsman” mövzusuna həsr olunub.

1995–2001-ci illərdə Erhürman Ankara Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetində dövlət hüququ üzrə dərs deyib. 2001–2006 və 2008–2013-cü illər arasında Şərqi Aralıq Universitetində, 2006–2008-ci illərdə isə Yaxın Şərq Universitetində müəllimlik fəaliyyəti göstərib.

Erhürman 2008–2010-cu illərdə Prezident Mehmet Ali Talat dövründə Kipr probleminin həlli üzrə danışıqlarda iştirak edib.

2013-cü ildə keçirilən parlament seçkilərində Cümhuriyyətçi Türk Partiyası–Birlik Gücləri namizədi kimi iştirak edib və Lefkoşa (Nikosia) dairəsindən millət vəkili seçilib. Parlamentdə təmsil olunan bütün dörd partiyanın razılığı ilə konstitusiyaya 23 dəyişiklik təklifi üzərində geniş şəkildə çalışıb. Lakin 2014-cü ildə keçirilən referendumda seçicilərin 62,3%-i yeni konstitusiyaya qarşı çıxıb. Bundan sonra o, Cümhuriyyətçi Türk Partiyasının baş katibi təyin olunub.

2016-cı il 13 noyabr tarixində Erhürman Cümhuriyyətçi Türk Partiyasının lideri seçilib və beləliklə, əsas müxalifət partiyasına rəhbərlik etməyə başlayıb.

2018-ci ildə keçirilən növbədənkənar seçkilərdə yenidən millət vəkili seçilsə də, partiyası 9 yer itirib. 19 yanvar 2018-ci ildə Cümhuriyyətçi Türk Partiyası, Xalq Partiyası, Demokrat Partiya və Toplumcu Demokratiya Partiyası arasında koalisiya danışıqları başlayıb və nəticədə Erhürman hökuməti formalaşdırılıb.

2025-ci il 19 oktyabrda keçirilən prezident seçkilərində Tufan Erhürman hazırkı prezident Ersin Tatarı məğlub edərək səslərin 63,76%-ni qazanıb və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilib.

Məqalədə: #KKTC #Azərbaycan - KKTC əməkdaşlığı #Tufan Erhürman #Tufan Erhürman kimdir? #ŞKTC

Mövzu üzrə digər xəbərlər

BMT-nin Kiprin minalardan təmizlənməsi təklifini yunan tərəfi rədd etdi - Ərhürman
Şimali Kipr

BMT-nin Kiprin minalardan təmizlənməsi təklifini yunan tərəfi rədd etdi - Ərhürman

7 Avqust 09:36
Şimali Kipr BMT-yə etiraz edib - İcazəsiz fəaliyyət qəbuledilməzdir
Şimali Kipr

Şimali Kipr BMT-yə etiraz edib - İcazəsiz fəaliyyət qəbuledilməzdir

12 İyun 10:22
“Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib
Türkiyə

“Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib

16 May 18:00
ŞKTC-nin xarici siyasəti Türkiyə ilə tam koordinasiyalı şəkildə həyata keçirilir - Erhürman
Türk Dövlətləri

ŞKTC-nin xarici siyasəti Türkiyə ilə tam koordinasiyalı şəkildə həyata keçirilir - Erhürman

18 Aprel 19:04

Son Xəbərlər

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.