6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub - Kamran Əliyev

9 Yanvar 2024 14:10
Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub - Kamran Əliyev

Bakı. AzerPress:

Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara, Fövqəladə Hallar Nazirliyinə məlumat verib.

AzerPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb:

"Qısa müddətdə yanğın söndürülüb, digər şöbələrə yayılmasının da qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində müalicə alan küvəzdə olan uşaqlar olub".

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub - Kamran Əliyev
Məqalədə: #Kamran Əliyev #Respublika Perinatal Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb
Cəmiyyət

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb

20 May 20:04
Baş Prokuror İranın ölkəmizdəki səfirini qəbul edib
Cəmiyyət

Baş Prokuror İranın ölkəmizdəki səfirini qəbul edib

24 Aprel 16:23
Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib
Cəmiyyət

Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

16 Yanvar 15:54
Azərbaycanla Ermənistan arasındakı bu razılaşma əməkdaşlığın yeni mərhələsinə xidmət edir - Baş prokuror
Siyasət

Azərbaycanla Ermənistan arasındakı bu razılaşma əməkdaşlığın yeni mərhələsinə xidmət edir - Baş prokuror

13 Yanvar 11:27

Son Xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.