8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində tələbələr və müəllim heyəti üçün rəqəmsal sübutlar və elektron cinayət təqibi mövzusunda geniş mühazirə keçirib. Tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.

20 May 2026 20:04
Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb

BAKI,VOA

Mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal cinayət təqibi: maddi daşıyıcılardan bulud texnologiyalarına” mövzusunda mühazirə keçirilib.

VOA xəbər verir ki, tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.

Mühazirədə müasir dövrdə rəqəmsallaşmanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə təsiri, cinayət-prosessual hüquqda sübutetmənin klassik yanaşmalardan rəqəmsal müstəviyə keçidi, eləcə də informasiya texnologiyalarının inkişafı fonunda sübut anlayışının transformasiyası barədə ətraflı məlumat verilib.

Həmçinin hüquqi dövlət prinsipləri çərçivəsində sübutetmənin mahiyyəti, cinayət-prosessual hüquqda sübutların rolu və cəmiyyətin texnoloji inkişafı ilə əlaqədar yaranan yeni hüquqi çağırışlar diqqətə çatdırılıb.

Mühazirə zamanı sübutların prosessual forması, kriminalistik xüsusiyyətləri, əməlin tövsifinə təsiri, onların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri nəzəri və praktiki aspektlərdən izah olunub.

Bununla yanaşı, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi məsələlərinə toxunularaq, müxtəlif hüquq sistemlərində, xüsusən də ölkəmizdə bu institutun tətbiqi xüsusiyyətləri və xarici ölkələrin təcrübəsi barədə müqayisəli təhlillər aparılıb.

Mühazirədə həmçinin sübutetmə yükünün mahiyyəti, prosessual subyektlərin bu sahədə hüquq və vəzifələri, təqsirsizlik prezumpsiyası ilə sübutetmə yükü arasında qarşılıqlı əlaqə, eləcə də beynəlxalq konvensiyalar və hüquq doktrinalarında formalaşmış yanaşmalar barədə ətraflı məlumat verilib.

Rəqəmsal sübutların əldə olunması, saxlanılması və istifadəsi zamanı prosessual təminatların qorunmasının əhəmiyyəti vurğulanaraq, rəqəmsal transformasiya şəraitində fundamental hüquq və azadlıqların müdafiəsi ilə effektiv cinayət təqibi arasında balansın təmin edilməsinin vacibliyi qeyd edilib.

Qeyd olunanlarla yanaşı rəqəmsal sübutların texniki xüsusiyyətləri, elektron məlumat daşıyıcıları, bulud texnologiyaları və kiberməkanda formalaşan məlumatların hüquqi qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Mühazirə zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə elektron sübutlar, elektron sənədlər və cinayət təqibinin elektron qaydada aparılması ilə bağlı edilmiş yeni əlavə və dəyişikliklər barədə də ətraflı danışılıb.

Qeyd olunub ki, müasir texnoloji çağırışlar fonunda cinayət mühakimə icraatının rəqəmsallaşdırılması hüquq-mühafizə fəaliyyətinin operativliyinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, elektron sübutların prosessual statusu, onların əldə edilməsi və dövriyyəsi zamanı hüquqi təminatlar, habelə elektron cinayət təqibi mexanizmlərinin tətbiqi zamanı şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetirilib.

Beynəlxalq hüquqi əməkdaşlıq müstəvisində Budapeşt Konvensiyası və Hanoy Konvensiyasının əhəmiyyətinə toxunulub, kibercinayətkarlıqla mübarizə və rəqəmsal sübutların əldə olunması sahəsində beynəlxalq hüquqi mexanizmlər barədə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəhbər şəxsləri mütəmadi olaraq Qarabağ Universitetinin tələbələri üçün konkret mövzularda mühazirələr keçirlər.

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb
Məqalədə: #Qarabağ Universiteti #Kamran Əliyev #kibercinayətkarlıq #Beynəlxalq hüquq #hüquq-mühafizə orqanları #Baş Prokuror #Humanitar və Sosial Elmlər Fakültəsi #Rəqəmsal cinayət təqibi #Elektron sübutlar #Bulud texnologiyaları #Cinayət-prosessual hüquq #Sübutetmə mexanizmləri #Hüquqi təminatlar #Budapeşt Konvensiyası #Hanoy Konvensiyası

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.