12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib

30 Yanvar 2024 23:42
Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib

Bakı. AzerVoice:

İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki “Piazza dei Santi Apostoli” meydanında Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər.

AzerVoice xəbər verir ki, aksiyanın məqsədi İtaliya və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.

Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan minaların bu gün də mülki şəxslərin ölümünə səbəb olduğunu bildiriblər. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, “Erməni terroruna son!”, “Mina terrorunu dayandırın!”, “Ekoloji terrora son!” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar.

Uzun illərdir Romada yaşayan həmyerlimiz Aynur Aşurova AZƏRTAC-a müsahibəsində bildirib: “Bugünkü aksiyanın məqsədi Ermənistanın hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsidir. Çünki Ermənistanın mina xəritələri ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi çox sayda insan itkisi ilə nəticələnir, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına tez bir zamanda qayıtmasına mane olur. Düşünürəm ki, mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtı çatıb”.

Aksiya iştirakçısı Lalə Zeynalova deyib ki, İtaliyanın və bütövlükdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın mina terroruna, Azərbaycan ərazilərində erməni işğalının hələ də davam edən dağıdıcı fəsadlarına yönəltmək istəyirik. O bildirib ki, Ermənistanın hazırda da davam edən mina terroru vətəndaşlarımızın ölümünə səbəb olur, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük maneə yaradır.

Romada yaşayan soydaşımız Kərim İsmayılov isə qeyd edib ki, aksiya beynəlxalq ictimaiyyətin diqqətini mina terrorunun planetimizin gələcəyi üçün çox ciddi təhlükə olmasına, Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və bu ölkədən Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək məqsədilə keçirilib.

Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.