8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı daha bir sərgi

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək. Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) "Yenidən doğulmuş gözəllik" (Reclaimed Beauty) fərdi sərgisinin açılışı olacaq.

21 Oktyabr 2024 10:00
Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı daha bir sərgi

Bakı, AzerVoice

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha bir sərgi nümayiş etdiriləcək. Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) "Yenidən doğulmuş gözəllik" (Reclaimed Beauty) fərdi sərgisinin açılışı olacaq.

AzerVoice xəbər verir ki, Dotun Populanın 7-ci fərdi sərgisinin COP29 ərəfəsində Bakıda açılması isə ekspozisiyanın COP29-la səsləşməsidir. Belə ki, ev sahibliyi edəcəyimiz mühüm beynəlxalq tədbirin iştirakçıları hər il dünya dövlətlərini bir araya gətirərək keçirdikləri görüş və konfranslarda iqlimə diqqətin vacibliyini vurğulayırlarsa, heykəltaraş Dotun Popula da yaratdığı orijinal əsərləri ilə həmin mövzunu qabardır. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır.

Qeyd edək ki, 2012-ci ildən etibarən ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək məqsədi daşıyan "Tullantıdan sənətə" adlı beynəlxalq festival keçirilir. Əsasən məişət tullantılarından hazırlanan əsərlər hətta tullantının incəsənət əsərinə çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Tullantıdan sənətə" adlı Muzeyin açılması isə Azərbaycanda bu sahədə görülən uğurlu işlərin nəticəsi kimi qəbul edilə bilər.

Dotun Popula tullantı metallardan hazırladığı əsərləri vasitəsilə ilə hazırda bəşəriyyət üçün başlıca problemə çevrilən iqlimin qorunması, ətraf mühitə qayğının vacibliyinə diqqəti cəlb etməyi bacarır. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş "heç nə"dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə "Birlikdə var olmaq" (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın "Dubay Ekspo 2020" sərgisindəki Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdur.

Məqalədə: #Heydər Əliyev Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.