6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib

Türkiyədə 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

2 Noyabr 2024 23:21
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib

Bakı, AzerVoice

Türkiyədə 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

Mədəniyyət Nazirliyindən AzerVoice-a verilən məlumata görə, Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə keçirilən sərginin fəxri qonaq ölkəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.

Sərgidə Azərbaycanın tanınmış yazıçılarından ibarət geniş nümayəndə heyəti iştirak edir.

Sərgi məkanında və Azərbaycan stendində imza mərasimləri, ədəbi müzakirələr, müxtəlif ölkələrdən naşirlərin işgüzar görüşləri təşkil olunur.

Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” mövzusuna həsr olunub. Esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.

Qeyd olunub ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına sanki sürət və tələsgənlik gətirib. Buna görə də yazıçıların maraqlı mövzular seçməsi və diqqətçəkən üslub nümayiş etdirməsi zəruridir.

Yazarlar oxucuları maraqlandıran sualları cavablandırıblar. Səsləndirilən təkliflərlə bağlı müzakirə aparılıb.

Həmin gün Azərbaycan stendində yazıçılar Günel Şamilqızının "Div olanda nə olar" (povest və hekayələr) və Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi” (hekayələr) kitablarının imza mərasimi keçirilib. Şair, tədqiqatçı, esseist Fərid Hüseyn hər iki yazar və kitabları haqqında məlumat verib.

Bildirilib ki, hər iki nəşr Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə "Zengin yayıncılık" nəşriyyatında 5000 tirajla çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.

Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.

Həmin gün daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.

Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.

Yazarlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünyagörüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər.

Qeyd olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan uzaq olarlar.

Sonra müzakirələrlə davam edən tədbirdə müəlliflər sualları cavablandırıblar.

İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib
Məqalədə: #İstanbul Beynəlxalq Kitab Sərgisi

Mövzu üzrə digər xəbərlər

Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Hadisə

Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub

07:22
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.