5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) İstanbulda ilk ümumi iclası keçirilib.

27 Noyabr 2024 14:52
Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib

Bakı, AzerVoice

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) İstanbulda ilk ümumi iclası keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirirlib ki, iclas Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-nin birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar iclasdan əvvəl İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarət edib, gül dəstələri düzüb.

Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Bakı şəhərində uğurla keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitində çıxışı ilə bağlı videoçarx göstərilib.

İclasda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Rövnəq Rzayev, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov, TADEF-in rəhbəri Adalet Turan, ABİD-in sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov çıxış edib.

Onlar müxtəlif ölkələrdə yaşayan alimlərimizin bu dərnəyə qoşulmasının ABİD-in gələcək fəaliyyətinə müsbət təsirlərindən danışıblar. Dünyanın hər bir bölgəsində azərbaycanlı elm adamlarına, mədəniyyət xadimlərinə və həkimlərə rast gəlindiyini və onların öz sahələri üzrə müəyyən yüksək məqama çatmış şəxsiyyətlər olduğunu bildiriblər. Dünya şöhrətli bu insanların ilk elm ocağının məhz Azərbaycan olmasını sevindirici məqam kimi vurğulayıblar.

Son 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunan çıxışçılar 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfəri məmnuniyyətlə xatırladıblar. Bəzi mənfur qüvvələrin COP29-un Azərbaycanda təşkilinə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın həmin tədbiri ən yüksək səviyyədə keçirərək öz siyasi, mədəni və bəşəri gücünü bir daha dünyaya nümayiş etdirdiyinə diqqət çəkiblər. Ölkəmizin informasiya mübarizəsindən qalib çıxdığını diqqətə söyləyiblər.

İki gün davam edən iclasda ABİD-in idarə heyətinin və digər struktur bölmələrinin formalaşdırlması ilə bağlı seçkilər keçirilib. Növbəti toplantılardan birinin Bakı Dövlət Universiteti tərəfindən təşkili, alimlərin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığı, ortaq seminarların və layihələrin təşkili məsələləri müzakirə edilib. ABİD adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub. Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ zəfərindən sonra Azərbaycandakı inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən müxtəlif ölkələrdə təhsil alan azərbaycanlıların magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankı formalaşdırmaq, gənclərimizin xaricdə yaşayan elm adamlarımızı daha yaxından tanımasına, onlarla ünsiyyət qurmasına, biliklərindən faydalanmasına şərait yaratmaqdır.

Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib
Məqalədə: #Azərbaycanlı Elm Adamları Dərnəyi (ABİD)

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.