9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əbu-Dabidə “Şuşa günləri” keçirilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə keçirilən "Şuşa günləri" çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.

28 Noyabr 2024 17:07
Əbu-Dabidə “Şuşa günləri” keçirilib

Bakı, AzerVoice

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə keçirilən "Şuşa günləri" çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar.

AzerVoice xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhoul və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb. Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov və nümayəndə heyətinin üzvləri - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Qoruğun məsul əməkdaşları görüşlərdə iştirak ediblər. Hər bir görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrdən söz açılıb, dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 layihəsinin ölkəmizdə yüksək səviyyədə, uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanıb və Azərbaycan tərəfi bu münasibətlə təbrik edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, əlaqələrinin inkişafı müzakirə olunub.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə "Şuşa günləri" "Conrad" otelində "Şuşa - dünən və bu gün" adlı foto - sərgi və "Qarabağ milli geyimləri" nümayiş edilib. İştirakçılar Azərbaycan kulinariyasının ləziz təamlarına və şirniyyatlarına qonaq ediliblər. Tədbirdə BƏƏ XİN Asiya və Sakit Okean Departamentinin direktoru cənab Əbdüləziz Əl-Niyadi və Əbu-Dabi şəhərinin dövlət qurumlarının rəhbərləri iştirak edib.

"Şuşa günləri" çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala – konsert keçirilib.

Bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında diplomatik münasibətlərin xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykənir.

Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib Əbu-Dabidə “Şuşa günləri” keçirilib
Məqalədə: #Birləşmiş Ərəb Əmirlikləri

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.