4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.

12 Dekabr 2024 10:22
Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı, AzerVoice

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, ilk öncə Ümummilli Lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Daha sonra Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib.

Səfir bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxarıb, işıqlı gələcəyin etibarlı bünövrəsini yaradıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib.

Həmçinin səfir B.Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi diqqət, Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfərinin iki ölkə əlaqələrində xüsusi əhəmiyyəti barədə məlumat verib.

Sonda Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş Ulu Öndərin həyat və yaradıcılığna həsr olunmuş "İz" filmi nümayiş olunub.

Tədbirdə Çində yaşayan və təhsil alan soydaşlarımız, həmçinin həmin gün Pekində olan "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş heyəti də iştirak edib.

Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
Məqalədə: #Çin #Heydər Əliyev

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.