11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İqor son saniyəyə kimi bacardığı hər bir şeyi edib - Kapitan

Mən İqorun bir həmkarı və onunla çiyin-çiyinə çalışan kapitan kimi tam əminliklə deyirəm ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.

29 Dekabr 2024 13:49
İqor son saniyəyə kimi bacardığı hər bir şeyi edib - Kapitan

Bakı, AzerVoice

Mən İqorun bir həmkarı və onunla çiyin-çiyinə çalışan kapitan kimi tam əminliklə deyirəm ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.

AzerVoice xəbər verir ki, bunu bu gün İqor Kşnyakinlə birgə uzun illər çalışan kapitan Nazim Cəfərov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.

O, İqor Kşnyakinlə 45 il birlikdə fəaliyyət göstərdiklərini və bütün fəaliyyətlərini Azərbaycan aviasiyasına həsr etdiklərini bildirib:

"Mənim üçün bu gün burada danışmaq çox ağırdır. Çünki İqor Kşnyakinlə biz 45 il çiyin-çiyinə işləmişik. 1979-cu ildə biz - iki bakılı bir yerdə aviasiya məktəbinə qəbul olmuşuq. Orada bizim İqorla dostluğumuz, yaxınlığımız, demək olar, doğmalığımız yarandı. Azərbaycana qayıdandan sonra bütün ömrümüzü, bütün fəaliyyətimizi Azərbaycan aviasiyasının yoluna həsr etmişik. Bu dostluğumuz daha da möhkəmlənib, daha da yaxınlaşıb və deyərdim ki, doğmalaşıb. Bu gün burada iştirak edən İqorun ailəsinə, uşaqlarına dərin hüznlə başsağlığı verirəm.

Çox təəssüf ki, bu gün mən İqorun barəsində keçmiş zamanda danışıram. Bu yaxınlarda biz yığışıb əmək fəaliyyətimizin 45 illiyini qeyd etmişdik. Arzularımız var idi ki, pensiya yaşına qədər çataq və bir az da həyatımızı davam etdirək. Özümüz və ailələrimiz üçün yaşayaq. Çox ağırdır. Xüsusən də ikinci pilotumuzun - cavan həmkarımızın nəşini burda görmək çox ağırdır. Çünki biz yaşlı kapitanlar olaraq onlara həmişə peşəkarlıq, yaxşı təyyarəçi olmaqdan başqa, bir ata qayğısı, böyük qardaş qayğısı ilə onların həyatda yaxşı insan, təcrübəli işçi olmalarını da arzulamışıq. Həmçinin, Hökümə xanım, qızım üçün bunları arzulamışam. Burada onlar haqqında xoş sözlər azlıq edir. Onların fəaliyyəti, zəhməti, bu ağır anlarda göstərdiyi şücaət heç bir sözə sığmır", - deyə o bildirib.

N.Cəfərov əlavə edib ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.

"Mən buna əminəm. Çox əminəm ki, araşdırmalar nəticəsində həqiqətlər tam ortaya çıxacaq. Öz və bütün həmkarlarım adından xahiş edirəm ki, araşdırılsın və həqiqət üzə çıxsın. Təqsirkarlar cəzalandırılsın", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Məqalədə: #AZAL

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.