5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru

Əsas məqsədimiz tələbələrimizin tədrisdən sonrakı vaxtlarını səmərəli keçirmələrini təmin etmək və onların maraq dairələrini dəstəklədiyimizi göstərməkdir.

22 Yanvar 2025 15:27
Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru

Bakı, AzerVoice

Əsas məqsədimiz tələbələrimizin tədrisdən sonrakı vaxtlarını səmərəli keçirmələrini təmin etmək və onların maraq dairələrini dəstəklədiyimizi göstərməkdir.

Bu sözləri UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AZMİK) direktoru Davud Davudov AzerVoice-a müsahibəsində bildirib.

"Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti bizim tələbələrimizin əl işləridir. Təhsil müəssisəmiz iqtisad yönümlü olsa da, tələbələrimizin rəsmə və incəsənətə də olan böyük marağı və istedadı ilə qürur duyuruq. Onlar bu sahədə özlərini çox yaxşı ifadə edirlər. Biz də çalışırıq ki, onların bacarıqlarını daha yüksək səviyyəyə çatdırmaq üçün öz dəstəyimizi əsirgəməyək." - deyə o vurğulayıb.

"Düşünürəm ki, günümüzdə bir çox cinayət hallarının artmasının səbəbi gənclərin nəzarətsiz qalması və öz potensialını yönəldə biləcəkləri sahə tapmamaları ilə əlaqəlidir. Nəticədə, təəssüf ki, bəzi hallarda gənclər arasında cinayət, oğurluq kimi neqativ meyillər artmaqdadır" - deyə direktor bildirib.

Davud Davudov xüsusi olaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru Elşad Əhmədova təşəkkürünü bildirib.

“Elşad Əhmədov, bizim bu təşəbbüsümüzü dəstəkləyərək , tələbələrimizin yaradıcı potensialını inkişaf etdirmək üçün lazımi şəraiti təmin edib. Hərçənd tələbələrimiz bu işləri çox böyük bacarıqla ərsəyə gətiriblər, lakin onlar akademik yanaşma baxımından müəllimlərinin tövsiyələrinə də əsaslanıblar - deyə direktor öz təşəkkürünü ifadə edib.

Bu sərgi ilə həmçinin cəmiyyətə bir mesaj vermək istədiklərini də vurğulayan direktor bildirib ki, bilinənin əksinə kollec təhsili kifayət qədər önəmlidir və heç bir halda digər təhsil müəssisələrindən geri qalmır.

“Bugünkü sərgi də bunun canlı sübutudur”- deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, bu gün UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AZMİK) tələbələrinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) nəzdində İncəsənət Kollecində sərgisi keçirilib.

Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru
Məqalədə: #Davud Davudov

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.