15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

16 Fevral 2025 18:32
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

Bakı, AzerVoice

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

AzerVoice Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanın keçirilməsi üçün 2 bina, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi və 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Nəticələr “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.

Fevralın 16-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 17-də keçiriləcək.

Məqalədə: #Azərbaycan #Dövlət İmtahan Mərkəzi (DİM)

Mövzu üzrə digər xəbərlər

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Maraqlı faktlar

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı

15:00
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12

Son Xəbərlər

İran Hörmüz boğazı üzərində daha bir MQ-1 pilotsuz uçuş aparatını vurduğunu bildirib
İran Hörmüz boğazı üzərində daha bir MQ-1 pilotsuz uçuş aparatını vurduğunu bildirib
19:55
Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
Misir və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə təhlükəsizliyi müzakirə edib
19:15
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
ABŞ və Oman regional gərginliyin azaldılmasını müzakirə edib
19:08
Məhəmməd bin Salman Qahirəyə səfər edib
Məhəmməd bin Salman Qahirəyə səfər edib
18:02
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.