5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı Anadolu Türk liseyində tədbir keçirilib

11 May 2024 11:44
Bakı Anadolu Türk liseyində tədbir keçirilib

Bakı,AzerVoice

Bu günlərdə Türkiyənin Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qardaş musiqilər, qardaş rəqslər və qardaş ədəbiyyatlar layihəsi” çərçivəsində Ankarada fəaliyyət göstərən Məmməd Əmin Rəsulzadə adına Anadolu Liseyinin bir qrup yuxarı sinif şagirdi və onları müşayiət edən müəllim heyəti Bakı Türk Anadolu Liseyinin qonağı olub.

AzerVoice xəbər verir ki, Səfər çərçivəsində qonaqlar bir həftə ərzində Bakının gəzməli, görməli və tarixi yerləri ilə tanış olub, İçərişəhər, Dənizkənarı Park, Atəşgah və s. yerləri ziyarət edib. Maraqlı cəhət burasıdır ki qonaq gəlmiş hər bir şagird səyahət etdikləri günlərdə ayrı-ayrılıqda öz həmyaşıdlarının ailələrinin tərkibində yaşamış və onların qonağı olub. Bu isə canı bir, qanı bir həmyaşıdlarının qarşılıqlı olaraq həyat və məişət şəraitləri barədə müəyyən bilgilərə sahib olmaqda yardımçı olub.

Ziyarətin ən maraqlı anları Bakı Anadolu Türk Liseyində yaşanıb. Liseyin bayramsayağı bəzədilən geniş idman salonu tədbirə qatılan valideynlər, müəllimlər və dəvət edilən qonaqlarla dolu idi. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi və hər iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Bakı Anadolu Türk Liseyinin müdürü Abdullah Yılmaz açaraq Ankaradakı M. Ə. Rəsulzadə adına Anadolu Liseyindən gəlmiş qonaqları təbrik nitqi ilə salamlayıb. Sonra söz M.Ə. Rəsulzadə adına Anadolu Liseyinin müdürü Taylan Kayaya verilib. Taylan Kaya, qonaq olduqları günlərdə onlara yüksək qonaqpərvərlik göstərən ailələrə, lisey rəhbərliyinə və təşkilatçılara öz minnətdarlığını bildirib.

Sonra hər iki liseyin şagirdlərinin ifasında qarşılıqlı olaraq geniş mahnı, rəqs və bədii qiraət proqramı dinlənilib.

İştirakçılara hədiyyələr təqdim edilib.

Ziyarət çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Bakıya gələn müəllim və şagirdlərlə görüşüb, onları bu münasibətlə təbrik edərək hədiyyələr təqdim edib.

Qeyd edək ki mayın 20-də Bakı Anadolu Türk Liseyinin bir qrup müəllim və şagirdlərindən ibarət heyətin də Bakıdan Ankaraya cavab səfəri gözlənilir.

Bakı Anadolu Türk liseyində tədbir keçirilib Bakı Anadolu Türk liseyində tədbir keçirilib Bakı Anadolu Türk liseyində tədbir keçirilib Bakı Anadolu Türk liseyində tədbir keçirilib Bakı Anadolu Türk liseyində tədbir keçirilib Bakı Anadolu Türk liseyində tədbir keçirilib Bakı Anadolu Türk liseyində tədbir keçirilib

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.