5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Xankəndidə keçirilib

14 May 2024 16:48
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Xankəndidə keçirilib

Bakı. AzerVoice:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Xankəndidə keçirilib.

AzerVoice xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıya çıxan çətinliklər və onların həlli yolları ətraflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına uyğun olaraq, hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası, telekommunikasiya şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.

R.Hümmətov hazırda Laçın hava limanının tikintisi üzrə işlərin ümumi icra vəziyyətinin 65 faiz təşkil etdiyini, eləcə də ümumi uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Bildirib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi müvafiq olaraq 92,5 və 52 faiz təşkil edir. Bununla yanaşı, hazırda Ağdam-Xankəndi dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər həyata keçirilir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də səfərlərin təşkili ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud marşrutlara əlavə və tələbata uyğun olaraq yeni istiqamətlərdə avtobus marşrutlarının açılması üzrə işlər görülür. Qarabağa turist səfərlərinin genişləndirilməsi məqsədilə “Yolumuz Qarabağa” portalı vasitəsilə vətəndaşlara fərdi minik avtomobilləri ilə də Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər etmək imkanı yaradılıb.

Bildirilib ki, Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə işlər davam edir. Bununla yanaşı, aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb. Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb.

İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radio proqramının yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün antiterror tədbirləri nəticəsində işğaldan azad edilən ərazilər də daxil olmaqla, ümumilikdə 300 baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Heydər Rüstəmov, “Teleradio” İB-nin baş direktoru vəzifəsini icra edən Elman Həsənov, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev və digər iştirakçılar da iclasda çıxış ediblər. Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlərlə bağlı qarşıda duran vəzifələrdən söz açılıb.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər çərçivəsində Xankəndi şəhərinin daxili yol-nəqliyyat şəbəkəsinin mövcud vəziyyətinə, şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən işlərə, Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə–Ağdam, eyni zamanda, tikintisi davam edən Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa avtomobil yollarına baxış keçirilib.

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.