8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türkiyədə doğum nisbətinin ən aşağı olduğu üç bölgədə pilot tədqiqata başlanılacaq

3 İyun 2024 11:30
Türkiyədə doğum nisbətinin ən aşağı olduğu üç bölgədə pilot tədqiqata başlanılacaq

Bakı. AzerVoice:

Doğum nisbətlərinin azalması ilə bağlı Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş, "Dünyadakı nümunələri araşdırırıq və lazımi tədbirləri görməyə çalışırıq" deyib.

AzerVoice xəbər verir ki, ailə institutunun gücləndirilməsi istiqamətində görüləcək işlərlə bağlı sualları cavablandıran Göktaş, TÜİK məlumatlarına görə doğum nisbətlərinin azaldığını bildirib. O bu vəziyyətin Türkiyəyə xas olmadığını və bir çox ölkənin bu problemlə mübarizə apardığını əlavə edib.

Avropa və Asiyada ciddi nüfuz narahatlığının yaşandığını bildirən Göktaş, "Dünyadakı nümunələri araşdırırıq və lazımi tədbirləri görməyə çalışırıq. Mayın 15-də ictimaiyyətə elan etdiyimiz Ailə Fəaliyyət Planımızda doğum nisbətləri üçün əhəmiyyətli bir bölmə ayırdıq. ” dedi.

Nazir Göktaş həmçinin, doğuş nisbətinin ən aşağı olduğu 3 vilayətdə pilot araşdırmaya başlayacaqlarını bildirib.

“Biz qadınların ev və iş arasında seçim etmə məcburiyyətini aradan qaldırmağı hədəfləyirik”

Göktaş nazirlik olaraq hər zaman qadınların yanında olduqlarını və onların hüquqlarını müdafiə etdiklərini bildirib.

Dünyanın bir çox beynəlxalq şirkətlərində qadınların mühüm vəzifələrdə və qərar vermə mexanizmlərinin içində yer aldığına diqqət çəkən Göktaş, "Bütün bu nümunələri araşdırırıq. Ölkənin inkişafına da töhfə verəcək yeni modellər üçün çalışmalarımızı davam etdiririk. Tətbiq edəcəyimiz yeni modellərlə, aralarında daha rahat və uzaqdan iş modelləri də daxil olmaqla, qadınların ev və iş həyatı arasında seçim etmə məcburiyyətini aradan qaldırmağı hədəfləyirik" dedi.

Türkiyədə doğum nisbətinin ən aşağı olduğu üç bölgədə pilot tədqiqata başlanılacaq
Məqalədə: #Mahinur Özdemir Göktaş #ailə #doğum #qadınlar

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir

7 Sentyabr 20:27
İsrailin Qəzza şəhərinə endirdiyi zərbədə qadınlar və uşaqlar yaralanıb
Yaxın Şərq

İsrailin Qəzza şəhərinə endirdiyi zərbədə qadınlar və uşaqlar yaralanıb

8 İyun 20:46
Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir
Yaxın Şərq

Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir

6 İyun 19:41
Türkiyə prezidenti Ərdoğandan qadınlar haqqında ŞOK sözlər: Onlar hər sahədə...
Türkiyə

Türkiyə prezidenti Ərdoğandan qadınlar haqqında ŞOK sözlər: Onlar hər sahədə...

10 Aprel 21:12

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.