5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir

5 İyun 2024 14:32
Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir

Şuşa. AzerVoice:

Şuşa şəhərində "Şuşa İƏT-in Gənclər Paytaxtı" beynəlxalq proqramı çərçivəsində "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir.

AzerVoice xəbər verir ki, aralarında dövlət məmurları, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun və İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif strukturların, təşkilatların rəhbər şəxsləri və gənclərin nümayəndələrinin olduğu forum iştirakçıları sosial-məişət problemlərinin geniş spektrə malik konsepsiyaları və praktiki nümunələri ilə tanış olub.

Tədbirdə müxtəlif sahələrdən olan nümayəndələr mövzu ilə bağlı ümumi anlayışı zənginləşdirmək, bu sahədə gələcək müzakirələrə və araşdırmalara təkan vermək üçün öz təcrübə və fikirlərini bölüşüb.

Eyni zamanda, iştirakçılar anlayışın inkişafına və ümumi səylərin birləşdirilməsinə yönəlmiş müxtəlif müsabiqələrdə fəal iştirak edirlər.

Bu tədbirlər təmaslar şəbəkəsinin qurulmasına, təcrübə mübadiləsinə və iştirakçılar arasında innovativ düşüncənin təşviqinə təkan verməyə kömək edir ki, bu da forumu daha da dinamik və məhsuldar edib.

Qeyd edək ki, iyunun 3-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramına start verilib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatın üzvü olan ölkələrin şəhərlərindən “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının 10-cu ev sahibi olaraq seçilib.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT “Gənclər Paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.
Tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.

Xatırladaq ki, İƏT “Gənclər Paytaxtı” beynəlxalq proqramı 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT “Gənclər Paytaxtı” Türkiyə Respublikasının İstanbul şəhəri olub. Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.

Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir Şuşada "NexGen: Sosial İnnovasiyalar Forumu" keçirilir
Məqalədə: #Şuşa #İƏT

Mövzu üzrə digər xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib
Digər Xəbərlər

İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

27 Avqust 17:26
Şuşada mühüm sənəd imzalandı
Cəmiyyət

Şuşada mühüm sənəd imzalandı

30 İyun 16:21
Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb
Siyasət

Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb

24 İyun 20:21
Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək
Siyasət

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

24 İyun 19:59

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.