9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dünyanın maliyyə və biznes mərkəzi olan The City of London-da COP29 müzakirə edilib 

5 İyun 2024 16:54
Dünyanın maliyyə və biznes mərkəzi olan The City of London-da COP29 müzakirə edilib 

Bakı.  AzerVoice:

Dünyanın maliyyə və biznes mərkəzi olan “The City of London”da “Sıfır emissiya məqsədinə çatmaq” (Net Zero Delivery Summit) mövzusunda konfrans keçirilib.

AzerVoice xəbər verir ki, “The City of London”un meri Maykl Maynellinin ev sahibliyi ilə keçirilən, Britaniyanın və dünyanın aparıcı iqlim mütəxəssislərinin iştirak etdiyi tədbirdə iqlim keçidinin maliyyələşməsi, xüsusən özəl sektordan dayanıqlı maliyyələşmənin cəlb edilməsi, adaptasiyanın maliyyələşdirilməsi, yaşıl texnologiyaların rolu, karbon bazarları, təbiət və bio-müxtəliflik kimi məsələlər müzakirə edilib. Həmçinin, Dubayda keçirilən COP28-dən Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-a gedən yolda əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Tədbir zamanı xüsusən iqlim fəaliyyətinin maliyyələşdirilməsi məsələsində vacib irəliləyişin əldə edilməsi baxımından Azərbaycanda keçiriləcək COP29-un həlledici rola malik olduğu vurğulanıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov konfransda çıxış edərək ölkəmizin COP29-a dair baxışları və hazırlıqları barədə danışıb. Səfir qeyd edib ki, Azərbaycan üzərinə düşən məsuliyyəti başa düşür və bütün tərəfləri dinləyərək qlobal istiləşmənin qarşısının alınması naminə uğurlu COP tədbiri keçirmək üçün əlindən gələni edəcək. Elin Süleymanov Azərbaycanda keçiriləcək COP tədbirində danışıqların vacib istiqamətlərindən birinin maliyyələşməyə həsr ediləcəyini və bu məqsədə nail olunması üçün dövlətlərin, beynəlxalq maliyyə institutlarının, özəl sektor və xeyriyyə qurumlarının hər birinin prosesdə iştirakının təşviq ediləcəyini deyib.

Çıxışında Elin Süleymanov iqlim danışıqlarında davamlılığın təmin edilməsi məqsədilə Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb arasında etimadın bərpa edilməsində körpü rolunu oynayacağını, eləcə də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin səsinin eşidilməsinə töhfə vermək niyyətində olmasından bəhs edib.

2025-ci ildə COP30 tədbirinə ev sahibliyi edəcək Braziliyanın Britaniyadakı səfiri də konfransda iştirak edib. O bildirib ki, Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurla keçməsi Braziliyadakı tədbirin də uğurla nəticələnməsi üçün həlledici rola malik olacaq.
2021-ci ildə Qlazqo şəhərində keçirilən COP26-nın prezidenti olmuş Sir Alok Şarma öz çıxışında qeyd edib ki, qlobal istiləşmənin qarşısının alınması baxımından hər bir COP tədbiri vacibdir. O, beynəlxalq iqlim ictimaiyyətini Azərbaycanda keçiriləcək COP29-a dəstək verməyə çağırıb.

Millətlər Birliyi Təşkilatının (Commonwealth) Baş katibi Baronessa Patrisia Skotland da konfransda çıxış edərək iqlim dəyişikliyinin ağır fəsadları nəticəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin həyati təhlükə ilə qarşı-qarşıya olduğunu deyib. O, dövlətləri və bütün maraqlı tərəfləri iqlim fəaliyyəti və ambisiyalarını gücləndirməyə dəvət edib.

Tədbirdə iştirak çərçivəsində səfir Elin Süleymanovla “The City of London”un meri Maykl Maynelli ilə təkbətək görüş keçirib.

Dünyanın maliyyə və biznes mərkəzi olan The City of London-da COP29 müzakirə edilib 
Məqalədə: #COP29 #The City of London #Maykl Maynell

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.