8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb

9 İyul 2024 11:02
Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb

Şuşa, AzerVoice

Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. İyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “İsa bulağı” istirahət kompleksi ərazidə turizmin inkişafına təkan verəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli AzerVoice-ə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.

"Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb. Bulağın su təminatı tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Ən isti yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub. Ərazidəki istirahət kompleksinin təmir edilərək istifadəyə verilməsi Şuşada turizmin inkişafına töhfə verəcək".
İsa bulağı 34 il əvvəl olduğu kimi, yenə də Şuşaya gələnlərin üz tutduqları ən sevimli məkanlardandır.

Bərdə rayonundan gəlmiş Arif Abbasov bildirib:

"Uşaqlığım Şuşada keçib. Hər il yay fəslində Şuşaya gələr, yayı burada keçirərdik. O zaman ən çox getdiyimiz məkanlardan biri İsa bulağı idi. Bulağın sərin suyundan içir, istirahət edirdik. Uzun illər idi ki, bura həsrət qalmışdıq. Şükür Allaha, Ali Baş Komandanın, ordumuzun sayəsində bura yenidən gəlmək nəsibimiz oldu".

Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb Yeni açılışı olan “İsa bulağı”ndan fotolar yayımlanıb
Məqalədə: #Şuşa #İsa bulağı

Mövzu üzrə digər xəbərlər

Şuşada mühüm sənəd imzalandı
Cəmiyyət

Şuşada mühüm sənəd imzalandı

30 İyun 16:21
Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək
Siyasət

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

24 İyun 19:59
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb
Cəmiyyət

“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb

15 May 19:35
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib
Cəmiyyət

Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib

14 May 21:14

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.