8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Karyerada Biz” Forumuna start verilib

17 İyul 2024 14:43
“Karyerada Biz” Forumuna start verilib

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Yelo Bankın birgə təşkilatçılığı ilə “Karyerada Biz“ forumuna start verilib.

AzerVoice-a bu barədə GMD-dən məlumat verilib.

Forumda Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova, Destec Group İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, "Business Service Centre" MMC-nin təsisçisi İkram Mütəllimov, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı, Yelo Bankın İşəqəbul şöbəsinin meneceri Aygün Məhərrəmova Kazımova spiker qismində iştirak edir.

300-dən çox gəncin iştirakı ilə reallaşan forumda gənclər təşkilatlarının və müxtəlif qurumların stendləri yer alıb. Gənclər məhz bu stendlərə yaxınlaşaraq həm ətraflı məlumat əldə edəcək, həm də müxtəlif hədiyyələr qazanacaqlar.

Forum zamanı aktiv olan gənclər isə iştiraklarını təsdiq edən sertifikatla yanaşı, sponsorlar tərəfindən hazırlanmış hədiyyələrlə mükafatlandırılacaq.

Forumda sponsor qismində Shahdag Travel, “Patron Group”, Qonaqol Restoranı, Medika Hospital, Safavy.org, Handex, Sənan Hüseynzadə School iştirak edərək gənclərə bir-birindən faydalı təlim paketləri, promo məhsullar, endirim kuponları və s. kimi maraqlı hədiyyələr təqdim edəcək.

Məlumat üçün qeyd edək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi gənclərin maarifləndirilməsi üçün çoxsaylı forumlar, layihələr, düşərgələr həyata keçirib.

Xatırladaq ki, TurkicWorld ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında rəsmi media tərəfdaşlığı 2024-cü ilin fevral ayının 15-də imzalanıb.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

“Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib “Karyerada Biz” Forumuna start verilib
Məqalədə: #“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi #Azərbaycan Respublikasının Gənclər Fondu #“Karyerada Biz” Forumu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib
Siyasət

Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib

26 Fevral 23:23
Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
Cəmiyyət

Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib

18 Noyabr 2025 15:52
44 günlük müharibəyə həsr olunmuş tədbirlər həyata keçirilib
Cəmiyyət

44 günlük müharibəyə həsr olunmuş tədbirlər həyata keçirilib

10 Noyabr 2025 09:58
“Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir keçirilib
Cəmiyyət

“Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir keçirilib

10 Noyabr 2025 09:49

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.