13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bərabərlik içində ədalət-Hüququn gender perspektivi

22 Avqust 2024 18:40
Bərabərlik içində ədalət-Hüququn gender perspektivi

Bakı. AzerVoice

Gender bərabərliyi nədir və nə üçün vacibdir?

Gender bərabərliyi qadın və kişi fərdlərinin həyatın bütün sahələrində xüsusən də hüquqi,iqtisadi,sosial və siyasi aspektlərində bərabər hüquq və imkanlara malik olmasıdır. Qeyd edim ki,gender bərabərliyi ədalətli cəmiyyətin təməli rolunu oynayır.

Tarixin müxtəlif səhifələrində kişi və qadın arasındakı bərabərsizliklərə,kişilərin ön planda tutulmasına,hətta ilahiləşdirilməsinə şahid oluruq.Elə həmin dövrün təsirinin nəticəsidir ki,qadınların hüquqlarının ön plana çıxarılması belə məşəqqətli yol qət etmişdir.

Hal-hazırda beynəlxalq təşkilatlar bir sıra qlobal və əhəmiyyətli problemlər üzərində çalışmaqdadır.Belə ki gender bərabərliyi məsələsi də onların daim diqqət mərkəzindədir.

Gender bərabərliyi və digər mühüm sahələrlə yaxından maraqlanan təşkilatlardan biri BMT-dir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG5) cinsiyyət bərabərliyini və qadınların sosial həyatda aktivliyini hədəfləyir. Bu proqram qadınlara qarşı zorakılığı aradan qaldırmaq,onların qərarvermə proseslərində yaxından iştiraklarını təmin etmək kimi məqsədləri özündə cəmləşdirir.

Bundan əlavə BMT-nin Qadınlar üzrə Təşkilatı (UN Women) da qadın hüquqları sahəsində qlobal liderlik edir.

Hazırda gender bərabərliyi sahəsində mövcud olan ciddi problemlərdən biri qadın və kişilər arasında əmək haqqı fərqinin olmasıdır. Belə ki, bərabərliyi sözdə qəbul etmiş bir sıra ölkələrin əmək bazarlarında qadın və kişilər arasında eyni əməyə görə qeyri-bərabər əmək haqqı verilməkdədir. Avropa Birliyi də bu problemin həlli üçün addımlar atır. Qadınların əmək bazarına daxil olması,əmək haqqı fərqlərinin azaldılması istiqamətində fəaliyyət göstərir.

1995-ci ildə keçirilən Pekin Konfransında qəbul edilən Pekin Platformasının da bu sahədə fəaliyyətini yüksək qiymətləndirmək olar.

İndi isə gender bərabərliyinə daha çox imkan yaradan ölkələri qeyd etmək istəyirəm. İsveç,Norveç,Finlandiya,İslandiya,Kanada və digər ölkələr gender bərabərliyini dəstəkləmək və təmin etmək üçün dövlət səviyyəsində addımlar atır. İslandiya 2018-ci ildə qadınlarla kişilər arasında əmək haqqı fərqini tamamilə aradan qaldırmaq üçün qanun qəbul edən ilk ölkə olmuşdur. Digər qeyd olunan ölkələr də qadınların siyasi arenada daha çox təmsil olunmasına xüsusi diqqət yetirməkdədirlər. Artıq illərdir ki, Azərbaycan da qadın və kişi cinsləri arasındakı qeyri-bərabərsizlikləri aradan qaldırmağa yönəlmiş siyasət yürüdür. Bu sahədə bir çox yeni qanunvericilik aktları qəbul olunmuş,mövcud olanlara isə müəyyən dəyişikliklər edilmişdir. Hal-hazırda ölkəmizdə gender bərabərliyini təbliğ edən onlarla könüllük təşkilatları mövcuddur və ümid edirəm ki,gün keçdikcə daha da artacaqdır. Çünki ölkənin inkişafı birbaşa olaraq fərdlərin inkişafından asılıdır.

Nə qədər ki, cəmiyyət bərabərliyə müsbət münasibət göstərmir, bu zaman heç bir sahədə inkişafdan söhbət gedə bilməz. Hələ də bəzi mentalitetlər vardır ki, onlar qadınların inkişafına normal münasibət bəsləmir, inkişaf etməyi,istədikləri sahədə çalışmağı,hətta xəyal etməyi belə onlara layiq bilmirlər. Onların həyatını sadəcə ev təsərrüfatı ilə məhdudlaşdırmağa çalışırlar. Halbuki, həyatın bütün sahələrinin qadın zəkasına ehtiyacı vardır, bu danılmaz bir faktdır.

Sonluğu isə tarixdə öz fəaliyyətləri ilə iz qoymuş qadınlara həsr etmək istəyirəm. İnanıram ki, onların fəaliyyəti dünyanın istənilən nöqtəsində olan qadınların həyatına işıq tutacaq.

  • Mariya Küri- o,Nobel Mükafatı alan qadın və həm də iki fərqli sahədə bu mükafatı alan yeganə qadındır.
  • Janna Dark- o,ingilis işğalına qarşı döyüşlərdə rəhbərlik etmiş Fransanın milli qəhrəmanıdır.
  • Rosa Parks- Amerika Vətəndaş Hüquqları Hərəkatının simvolu olmuşdur. Avtobusda ağdərili şəxsə yer verməkdən imtina edərək ABŞ-də irqi ayrı-seçkiliyin qarşı mübarizənin əsas fiqurlarından biri olmuşdur.
  • Malala Yousafzai-o,Pakistanlı insan hüquqları aktivisti,qızların təhsil hüququ uğrunda mübarizəsi ilə tanınır. O,cəmi 17 yaşında Nobel Sülh Mükafatı alan ən gənc şəxs hesab olunur.

Azərbaycanda isə Mehriban Əliyeva, Zərifə Əliyeva, Sara Aşurbəyli, Adilə Namazova kimi qadınları nümunə göstərə bilərik.

Dövlət Gömrük Komitəsinin Akademiyası

Əlizadə Minayə Cabbar

Bərabərlik içində ədalət-Hüququn gender perspektivi
Məqalədə: #Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA)

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

12 Sentyabr 09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.