8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir

17 Sentyabr 2024 17:56
UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir

Bakı,  AzerVoice

Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin (İTİM) direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə özbəkistanlı nümayəndə heyətinə UNEC-dəki tədris prosesi, ixtisaslar, bakalavr, magistr və doktorantura proqramları, müəllimlərin diferensial əmək haqqı sistemi reytinqi, elmi fəaliyyətin stimullaşdırlması, beynəlxalq əlaqələr, ikili diplom proqramları, filiallar, rəqəmsal universitet və digər təhsil imkanları barədə ətraflı məlumat verilib.

İTİM-in rəhbəri Obid Hakimov UNEC-in imkanlarını yüksək qiymətləndirərək, səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkə prezidentləri arasında bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə olunub. UNEC-in ölkənin aparıcı universitetlərindən olduğunu nəzərə alaraq, bu ali təhsil müəssisə ilə Özbəkistan universitetlərinin əməkdaşlığının hər iki ölkənin təhsilinin inkişafına töhfələr qazandıracağından əminliyini ifadə edib.

Görüş zamanı UNEC ilə Özbəkistanın ali təhsil müəssisələri arasında UNEC-də tətbiq edilən rəqəmsal universitet modelinin, təhsil proseslərinin rəqəmsallaşdırılmasının, tələbələr üçün vahid pəncərə sisteminin, müəllimlərin reytinqi və elmi fəaliyyətin təşviq sisteminin, yazılı imtahanların elektronlaşdırılması modelinin Özbəkistanda tətbiq edilməsi təklif olunub və bu istiqamətdə müzakirələrin davam etdirilməsinə qərar verilib.

UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir
Məqalədə: #Özbəkistan #UNEC

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.