9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dövlət Agentliyi və “Azərsilah” arasında Anlaşma Memorandumu imzalanıb

30 Sentyabr 2024 15:36
Dövlət Agentliyi və “Azərsilah” arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, AzerVoice

27 sentyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC arasında əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzerVoice -ə verilən məlumata görə, memorandum çərçivəsində torna və frezer dəzgahların operatoru, çilingər, mexanik, elektrik ixtisasları da daxil olmaqla 20-dək ixtisas üzrə qarşılıqlı kadr hazırlığı, onların bilik və bacarıqlarının artırılması, eləcə də, müasir tədris plan və proqramlarının birgə hazırlanması məqsədilə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, “Azərsilah” QSC-nin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb olunması planlaşdırılır.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək addımların müəyyənləşdirilməsi müzakirə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili sahəsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafına töhfə verdiyini qeyd edib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru Emil İbrahimov təhsilalanların holdinqin bazasında istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaradılması, seçilmiş tələbələrə təqaüdün verilməsi və iş imkanlarının təklif edilməsi, həmçinin, digər istiqamətlər üzrə dəstək göstərəcəklərini bildirib.

Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət Agentliyi və “Azərsilah” arasında Anlaşma Memorandumu imzalanıb
Məqalədə: #Azərsilah #Dövlət Agentliyi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.