13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Namazın Dili ilə Bağlı Müzakirələr: Ərəb Dili Niyə Əsasdır?

1 May 2025 10:01
Namazın Dili ilə Bağlı Müzakirələr: Ərəb Dili Niyə Əsasdır?

BAKI,AzerVoice

Azərbaycanın ilahiyyat mühitində namazın hansı dildə qılınması ilə bağlı müzakirələr yenidən alovlanıb.

AzerVoice xəbər verir ki, Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun qələmə aldığı məqalədə bu məsələyə həm teoloji, həm də mədəni baxımdan dərindən işıq salınaraq, namazın ərəb dilində qılınmasının zəruriliyi ətraflı təhlil edilib.

Məmmədov vurğulayıb ki, islamın cahanşümul bir din olması onun vahid ibadət sistemi və dilini tələb edir.

“İslam məhəllə, şəhər və ya ölkə dini deyil, ümumdünya dinidir. Ondördəsrlik tarixi boyunca islam bu iddiasını sübut edərək, özünəməxsus coğrafiya, mədəniyyət və tarix yaratmışdır,” – deyə müəllif qeyd edib.

O, islam mədəniyyətinin dini mədəniyyət olduğunu, xristian və hind mədəniyyətləri kimi vahid ibadət dilinə və sisteminə malik olduğunu bildirib. Quranın universal missiyasını vurğulayan Məmmədov, islamın hansısa xalqın dini kimi təsnif edilməsinin Qurana zidd olduğunu və ərəb dilinin namazdakı rolunun bu cahanşümulluğu təmin etdiyini əlavə edib.

“İbadət dilinin vahid olması islamın ümumdünya dini olmaq iddiasından qaynaqlanır. Fərqli dillərdə danışan müsəlmanları birləşdirən ərəb dili, eyni dinə və ümmətə mənsubiyyət şüurunu gücləndirir,” – deyə Məmmədov izah edib.

Onun fikrincə, islamın yerli və ya milli din kimi davranması və hər xalqın dilində ibadətə üstünlük verməsi onun universal xarakterinə ziddir.

“Namaz müəyyən vaxtlarda, xüsusi formada və ərəb dilində icra olunan bir ayindir. Başqa dildə qılınarsa, ayin statusunu itirərək adi duaya çevrilər,” – deyə Məmmədov qeyd edib.

O, namazla dua arasındakı fərqi izah edərək, duanın istənilən dildə və formada edilə biləcəyini, lakin namazın konkret vaxt, forma və dil tələb etdiyini bildirib.

“Dua spontan formada edilir, lakin namaz sistemli, dövri və institutlaşmış ibadət aktıdır. Bu, insan ruhunun Yaradıcı ilə mütəmadi rabitəsini təmin edir,” – deyə o əlavə edib.

Məmmədov namazın ərəb dilində qılınmasının Quranın orijinal mətninə hörmətdən qaynaqlandığını da vurğulayıb.

“Namazda oxunan ayələr Quranın özündən götürülüb. Tərcümə Quran ola bilməz, çünki tərcümə zamanı mənalar tam ekvivalentləşdirilə bilmir. Fərqli tərcümələr dindarlar arasında çaşqınlıq yarada və ayinin müqəddəsliyini poza bilər,” – deyə müəllif izah edib.

O, namazın yerli dillərdə qılınması təkliflərinin populyar ritorikaya əsaslandığını və teoloji cəhətdən əsaslı olmadığını qeyd edib.

Məqalədə namazın ərəb dilində qılınmasının islamın cahanşümulluğunu təmin etdiyi, müsəlman ümmətinin birliyini simvolizə etdiyi və ilahi kəlamın orijinallığına hörməti əks etdirdiyi xüsusilə vurğulanır.

“Namazın vahid dildə icrası islamın institutlaşmış ibadət aktını səciyyələndirir və müsəlmanlar arasında birliyi möhkəmləndirir,” – deyə Məmmədov bildirib.

Məqalədə: #Elvüsal Məmmədov #islam #Qurani-Kərim #Ərəb dili

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

12 Sentyabr 09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.