12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir

2 May 2025 11:00
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir

BAKI, AzerVoice

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimi keçirilir.

AzerVoice xəbər verir ki, forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Forumda millət vəkilləri, dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri, media orqanlarının rəhbərləri, jurnalistlər və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbir medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədi daşıyır.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov çıxış edərək bildirib ki, artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.

O qeyd edib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır.

“Xatırlatmaq istərdik ki, ötən il təşkil etdiyimiz Forum media gündəminin formalaşdırılması, xüsusən də ictimai maraq doğuran mövzuların daha peşəkar şəkildə işıqlandırılması istiqamətində mühüm nailiyyət kimi həm dövlət orqanları, həm də media ictimaiyyəti tərəfindən təqdir olunub”, - deyə Ə.İsmayılov qeyd edib.

İnsan Hüququları üzrə Müvəkkil Səbinə Əliyeva isə çıxış edərək bildrib ki, bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və media platformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkar yanaşmaların təşviqi, habelə medianın insan hüquqlarına təsirlərinin müzakirə edilməsi və qurumlar arasında əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir:

"Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirdi.

Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir”.

Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov isə çıxışında bildirib ki, 2002-ci ildə keçirilən referendum nəticəsində vətəndaşların Konstitusiya Məhkəməsinə şikayət və müraciət göndərmələri təmin edilib.

O bildirib ki, vətəndaşlarından daxil olan şikayətlər əsasında 150-160 qərar qəbul edilib.

“Pensiya təminatı ilə bağlı da bir sıra qərarlarımız olub. Bununla bağlı müxtəlif məsələlər gündəmə gəlirdi. Qərarlarımızın daha çoxu sosial təminatla bağlıdır. Bu məsələ medianın da hər zaman gündəmində olub”.

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum keçirilir
Məqalədə: #Medianın İnkişafı Agentliyi

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.