11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi

13 May 2025 12:38
Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi

BAKI, AzerVoice

12 may 2025-ci il tarixində görkəmli qırğız şairi Alıkul Osmonovun adını daşıyan ev-muzeyində yerləşən büstü önündə təntənəli gülqoyma mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikası Dövlət katibi Suyunbek Kasmambetov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və Bişkek şəhər meri aparatının yüksək vəzifəli nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.

Tədbir, böyük qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr olunmuş "Alıkul Osmonovun Poeziya Dünyası" adlı Beynəlxalq Forum çərçivəsində təşkil olunub.

Bişkek şəhərində yerləşən ev-muzeyi 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi, Bişkek şəhər meri və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tam bərpa olunmuş və muzeyləşdirilmə mərhələsindən keçmişdir.

Ziyarət zamanı qonaqlar Alıkul Osmonovun həyat və yaradıcılığını əks etdirən, unikal əlyazmalar, şairin şəxsi əşyaları və nadir arxiv materiallarını özündə cəmləyən yenilənmiş ekspozisiya ilə tanış olublar. Muzey infrastrukturunun müasir standartlara uyğun: multimediya və ekspoziyalı yaradılması klassik qırğız poeziya irsinin gənc nəslə və xarici ziyarətçilərə daha təsirli şəkildə təqdim edilməsinə imkan verir.

Aktotı Raimkulova öz çıxışında vurğulayıb: “Alıkul Osmonovun ev-muzeyi sadəcə mədəni obyekt deyil, xalqın tarixi yaddaşı ilə canlı təmas nöqtəsidir. Fondun bu məkanı yeniləməyə töhfə verməsi ilə qürur duyuruq, çünki məhz bu cür məkanlar gənc nəslə milli irsə hörmət və varislik hissini aşılayır.”

Ziyarət çərçivəsində Qırğız Respublikasının Dövlət katibi ev-muzeyin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.

Muzeyin yenidən qurulması şəhərin infrastukturunun inkişafında və ədəbi-tarixi abidələrin dəstəklənərək mədəni əlaqələrin möhkəmlənməsində mühüm addım olub. Xatırladaq ki, bu Fondun ilk genişmiqyaslı restavrasiya layihəsidir.

Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi Türk Mədəniyyəti və İrsi Fondu Alıkul Osmonovun 110 illiyini xüsusi şəkildə qeyd etdi
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.