9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb

13 May 2025 13:05
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb

BAKI, AzerVoice

12 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulovanın Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ilə görüşü baş tutub.

AzerVoice xəbər verir ki, görüş zamanı Aktotı Raimkulova Mirbek Mambetaliyevi nazir vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi altında Qırğızıstanın türk mədəni dialoqunun möhkəmləndirilməsi sahəsində fəal və təşəbbüskar rol oynayacağına əminliyini bildirib.

Tərəflər Fond tərəfindən qırğız xalqının ümumtürk irsinin ayrılmaz hissəsi olan mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələri müsbət dəyərləndiriblər.

Aktotı Raimkulova qeyd edib ki, 2024-cü il ərzində Fond Qırğızıstanda bir sıra əhəmiyyətli təşəbbüsləri həyata keçirib. Bunlara: Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi, şairin “Zamandan zamana” şeirlər toplusunun qırğız və Azərbaycan dillərində nəşri, Türk Dövlətləri Sammiti çərçivəsində Mahmud Kaşğarinin “Divani Lüğət-it-Türk” əsərinə həsr olunmuş sərginin təşkili, Jusup Balasagın adına Kırğız Milli Universiteti nəzdində Türk Mirası Mərkəzinin yaradılması və onun müasir multimediyalı avadanlıqla təchiz edilməsi, eləcə də Parisdəki YUNESKO-nun mənzil qərargahında “Divani Lüğət-it-Türk” əsərinin 950 illiyinə həsr olunmuş beynəlxalq konfransın uğurla keçirilməsi daxildir.

Fondun Prezidenti, həmçinin 2025-ci il üçün Qırğızıstanla bağlı nəzərdə tutulan layihələr barədə də məlumat verib. Xüsusilə, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qırmızı Çay qədim şəhərinin mühafizəsi və muzeyləşdirilməsi üzrə üçillik layihənin başlanacağı və bu layihə üçün yalnız 2025-ci il üzrə maliyyələşmənin 2 milyon som həcmində olacağı qeyd edilib.

Aktotı Raimkulova Fondun əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduğunu təsdiqləyib və Nazirliyə Fondun təşəbbüslərinə verdiyi daimi dəstəyə, türk mədəni irsinin qorunması və tanıdılmasına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Görüşün sonunda Fondun prezidenti Aktotı Raimkulova nazir Mirbek Mambetaliyevi Fondun baş qərargahını münasib bir vaxtda ziyarət etməyə və uzunmüddətli əməkdaşlıq gündəliyinin müzakirəsinə dəvət edib.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və Qırğızıstanın mədəniyyət naziri strateji planlar barədə danışıb
Məqalədə: #Qırğızıstan #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.