13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib

Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi heyəti MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Rəşad Cabirli və üzvləri ilə dərnək mərkəzimizdə bir araya gəlib.

12 İyun 2025 19:34
Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib

BAKI, AzerVoice

Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi heyəti MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Rəşad Cabirli və üzvləri ilə dərnək mərkəzimizdə bir araya gəlib.

AzerVoice xəbər verir ki, görüş çərçivəsində Rəşad Cabirli İctimai Birliyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat vermiş, Azərbaycan ilə Şimali Kipr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində birlik və həmrəyliyin mühüm rol oynadığını qeyd edib. Sədr, Azərbaycanın yalnız 10 milyonluq daxili bazar olaraq deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) açılan strateji körpü kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin potensialının tanıdılması baxımından təqdimat materiallarının əhəmiyyətini önə çəkmiş və bu məqsədlə nəşr olunan "Azerbaycana Gelmek İçin 101 Neden" kitabını qonaqlara hədiyyə edib

Nazir Olgun Amcaoğlu isə “bir millət, üç dövlət” ifadəsi ilə xarakterizə etdiyi Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikaları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə də iqtisadi platformalarda daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə üçtərəfli əməkdaşlığın inkişafında MÜSİAD Azərbaycan kimi iş adamları təşkilatlarının rolunu yüksək qiymətləndirib.

Görüş zamanı qarşılıqlı investisiya imkanları, xüsusilə turizm, enerji və istehsalat sahələrində potensial əməkdaşlıq layihələri müzakirə olunmuş, gələcəkdə ortaq təşəbbüslərin həyata keçirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub. İştirakçılar arasında səmimi ünsiyyət, yeni tanışlıqlar və faydalı fikir mübadiləsi üçün geniş imkanlar yaranmış, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Tədbirin sonunda xatirə fotosu çəkilib və qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Belə görüşlərin mütəmadi şəkildə təşkilinin, iş dünyasının bir araya gəlməsi və strateji tərəfdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri ilə MÜSİAD Azərbaycan İdarə Heyəti arasında görüş keçirilib
Məqalədə: #MÜSİAD Azərbaycan #Şimali Kİpr Türk Respublikası #Rəşad Cabirli

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

12 Sentyabr 09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.