4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

5 İyul 2025 11:16
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Bakı. AzerVoice

İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

AzerVoicexəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak edib.

Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilmiş, ardınca məzunlara Akademiyanın diplomları təqdim olunub.

Daha sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik etmiş, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.

Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib, son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.

Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.

Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edə biləcəklərinə dərin inamlarını, burada kursantlara göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə edib.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkdirilməsi ilə sona çatıb.

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
Məqalədə: #Azərbaycan #DTX #Əli Nağıyev

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.