10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İkinci əl avtomobil bazarı zəifləyir, Çin istehsalı yeni avtomobillərə maraq artır

Azərbaycanda ikinci əl avtomobil bazarının payı azalmağa, yeni, xüsusilə Çin istehsalı olan avtomobillərə maraq isə artmağa doğru gedir.

25 İyul 2025 11:35
İkinci əl avtomobil bazarı zəifləyir, Çin istehsalı yeni avtomobillərə maraq artır

BAKI, AzerVoice

Azərbaycanda ikinci əl avtomobil bazarının payı azalmağa, yeni, xüsusilə Çin istehsalı olan avtomobillərə maraq isə artmağa doğru gedir.

Bu barədə AzerVoice-a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Elman Məmmədov məlumat verib.

Ekspertin fikrincə, bazarda müşahidə olunan tendensiyalara bir neçə əsas amil təsir edir. İlk növbədə, bu, ictimaiyyətin avtomobillərə olan güvən meyarı ilə bağlıdır. Məmmədov hesab edir ki, bu güvəni daha çox avtomobil ehtiyat hissələri satıcıları və ustalar formalaşdırır.

“Ustalar və ehtiyat hissələri dükanları yeni avtomobillərə nisbətən ikinci əl avtomobillərdən daha çox qazanc əldə edirlər. Çünki yeni avtomobillər 2-5 il ərzində əsaslı təmirə ehtiyac duymur. Bu səbəbdən onlar ikinci əl avtomobillərin bazarda qalmasında maraqlıdırlar”- deyə ekspert bildirib.

Ekspert əlavə edib ki, hazırda ölkəyə əsasən Amerika və Koreya bazarından ikinci əl, Çindən isə yeni avtomobillər idxal olunur. Avropa avtomobillərinin idxalı isə avro məzənnəsinin yüksəkliyi və yüksək mühərrik həcmi səbəbilə minimal səviyyədədir.

Ekspertin sözlərinə görə, şəxsi vəsaiti ilə avtomobil ala biləcək insanlar daha çox 30 yaşdan yuxarı şəxslərdir və bu yaş qrupuna daxil olanlar əsasən, daxili yanma mühərrikli Alman avtomobillərinə üstünlük verirlər. Bu təmayül isə yeni, xüsusilə Çin istehsalı olan avtomobillərə marağı müəyyən qədər məhdudlaşdırır.

Lakin bazarda dəyişikliklər də müşahidə olunur. Ekspert bildirir ki, əvvəllər yüksək faizli və ağır kredit şərtləri alıcıları yeni avtomobillərdən çəkindirirdisə, bu gün rəsmi dilerlər daxili kreditlər təklif edir və şərtlər daha əlverişli olub.

“Yeni avtomobillərin satışı artmaqda davam edir. Daim gömrükdə olduğum üçün də müşahidələrim bunu təsdiqləyir. Əvvəllərlə müqayisədə ölkəyə daxil olan yeni avtomobillərin sayı ikinci əlləri üstələyir”- deyə Məmmədov vurğulayıv

Elman Məmmədovun verdiyi məlumata görə, son 6 ayda Azərbaycana təxminən 52 min avtomobil idxal olunub. Halbuki, bu rəqəm bir neçə il əvvəl illik göstərici idi. Ekspert bu artımı həm güzəştli vergi siyasəti, həm də uyğun qiymət siyasəti ilə əlaqələndirir.

“Hibrid avtomobillər əlavə dəyər vergisindən azaddır. Bu isə avtomobilin qiymətində 4-5 min manat fərq yaradır. Beləliklə, 25-30 min manatlıq yeni avtomobilin qiyməti 20-25 minə düşür və bu, orta gəlirli ailələr üçün əlçatan olur”- deyə o bildirib.

Məmmədov bildirir ki, ƏDV güzəştinin qüvvədə olduğu son tarix 2026-cı il yanvarın 1-dir. Əgər həmin tarixdən sonra güzəşt ləğv edilərsə, ikinci əl avtomobil bazarında yenidən canlanma baş verə bilər.

“Yeni avtomobillərlə müqayisədə gömrük rüsumlarında 4-5 min manatlıq fərq olduğuna görə, bu fərq ikinci əl avtomobilləri daha cəlbedici edə bilər. Növbəti ildən bu seqmentdə artım mümkündür” - deyə ekspert qeyd edib

Məqalədə: #Azərbaycan #avtomobil #Elman Məmmədov #avtomobil bazarı #Çin elektrikli avtomobil bazarı #Çin avtomobil bazarında rəqabət #Elektrik avtomobil bazarı 2025 #2025 avtomobil bazarı tendensiyası

Mövzu üzrə digər xəbərlər

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.