12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda Səudiyyə tərəfindən “Ərəb Dili Ayı” adlı proqram başlayıb

Kral Salman Beynəlxalq Ərəb Dili Kompleksi bu gün Azərbaycan Respublikasında “Ərəb Dili Ayı” adlı proqramını başladıb. Proqram 31 avqust 2025-ci il tarixinədək davam edəcək və ərəb dilini xarici dil kimi öyrənənlər üçün nəzərdə tutulmuş elmi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində həyata keçirilir.

1 Avqust 2025 18:01
Azərbaycanda Səudiyyə tərəfindən “Ərəb Dili Ayı” adlı proqram başlayıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Kral Salman Beynəlxalq Ərəb Dili Kompleksi bu gün Azərbaycan Respublikasında “Ərəb Dili Ayı” adlı proqramını başladıb.

AzerVoice xəbər verir ki, proqram 31 avqust 2025-ci il tarixinədək davam edəcək və ərəb dilini xarici dil kimi öyrənənlər üçün nəzərdə tutulmuş elmi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində həyata keçirilir.

Proqram ərəb dilinin beynəlxalq aləmdə mövcudluğunu gücləndirir, eləcə də Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasındakı təhsil müəssisələri və universitetlər arasında elmi və akademik əməkdaşlığı möhkəmləndirir.

Kompleksin baş katibi Dr. Abdullah bin Saleh əl-Vəşmi, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə daimi dəstəyi üçün təşəkkür edərək bildirib ki, bu proqram kompleksin bu dost ölkədəki tərəfdaşları ilə səmərəli əməkdaşlığının bəhrəsidir və tədris-mədəni fəaliyyətlər paketini təqdim edir.

O vurğulayıb ki, proqram ərəb dilinin tədrisi sahəsində müəllim və öyrənənlərin bacarıqlarının inkişafına töhfə verir. Tədbirlər, Səudiyyə Ərəbistanının 2030 vizyonuna uyğun şəkildə tədris bacarıqlarının inkişafına yönəlib.

Proqram Bakı şəhərindəki bir sıra universitet və akademik qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir və ərəb dilinə maraq göstərən müəllimlər, tələbələr və qeyri-ərəbdilli şəxsləri hədəfləyir.

Azərbaycan Respublikasında keçirilən “Ərəb Dili Ayı”, kompleksin Özbəkistan, İndoneziya, Çin Xalq Respublikası, Hindistan, Fransa, Braziliya, Tayland, Malayziya və İspaniya kimi ölkələrdə uğurla həyata keçirdiyi analoji proqramların davamıdır. Kompleks bu təşəbbüslər vasitəsilə ərəb dilini beynəlxalq səviyyədə dəstəkləməyi və onun qlobal səviyyədə iştirakını gücləndirməyi davam etdirir.

Məqalədə: #Azərbaycan #Səudiyyə Ərəbistanı #Ərəb Dili Ayı #Kral Salman Ərəb Dili Kompleksi #Ərəb dili proqramı Bakı #Səudiyyə Ərəbistanı Azərbaycan #Ərəb dili tədrisi #Abdullah bin Saleh əl-Vəşmi #Ərəb dili layihəsi #Səudiyyə-Azərbaycan əməkdaşlığı #Kral Salman Ərəb Dili Kompleksinin Azərbaycandakı fəaliyyəti #Azərbaycanda Ərəb Dili Ayı proqramı 2025 #Ərəb dilinin xarici dil kimi tədrisi layihəsi #Ərəb dili üzrə beynəlxalq proqramlar #Səudiyyə Ərəbistanının təhsil təşəbbüsləri Azərbaycanda #Ərəb dili müəllimləri və tələbələri üçün proqram #Səudiyyənin 2030 vizyonuna uyğun təhsil layihəsi #Azərbaycan-Səudiyyə Ərəbistanı akademik əməkdaşlığı #Bakıda ərəb dili üzrə tədris fəaliyyətləri #Ərəb dilinin qlobal səviyyədə tədrisi və təşviqi #2030 Vizyonu #Ərəb dili universitetlərdə

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.