11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 28 iyul – 1 avqust tarixlərində Goranboy Olimpiya İdman Kompleksində “Gənclər Düşərgəsi” keçirilib. Beş gün davam edən bu düşərgə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 50 aktiv gənc bir araya gələrək həm biliklərini artırmaq, həm də şəbəkələşmək imkanı əldə edib. Gənclər üçün müasir əmək bazarının tələblərinə uyğun, praktik bacarıqların inkişafına yönəlmiş bir sıra təlimlər təşkil olunub.

8 Avqust 2025 20:49
Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 28 iyul – 1 avqust tarixlərində Goranboy Olimpiya İdman Kompleksində “Gənclər Düşərgəsi” keçirilib.

AzerVoice xəbər verir ki, beş gün davam edən bu düşərgə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 50 aktiv gənc bir araya gələrək həm biliklərini artırmaq, həm də şəbəkələşmək imkanı əldə edib. Gənclər üçün müasir əmək bazarının tələblərinə uyğun, praktik bacarıqların inkişafına yönəlmiş bir sıra təlimlər təşkil olunub. Təlim mövzularına “Karyera planlaması”, “Layihələrin yazılması və idarə olunması”, “Mobiloqrafiya” və “Sosial Media Marketinqi və Şəxsi Brendinq” daxil olub. Təcrübəli mütəxəssislər və təlimçilər tərəfindən keçirilən sessiyalar gənclərin maraq və fəallığı ilə müşayiət olunub.

Düşərgə yalnız təlimlərlə məhdudlaşmayıb. İştirakçılar üçün əyləncəli və maarifləndirici tədbirlər, intellektual oyunlar və idman yarışları da təşkil edilib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış böyük maraqla qarşılanıb və gənclər arasında ciddi rəqabətə səbəb olub. Eyni zamanda keçirilən şahmat turniri və futbol yarışları da düşərgənin ən həyəcanlı və yadda qalan anları sırasında yer alıb.

Düşərgənin əsas məqsədi gənclərin intellektual, sosial və şəxsi inkişafına töhfə vermək, onların bir-birilə qarşılıqlı təcrübə mübadiləsini təşviq etmək və komanda ruhunu gücləndirmək olub.

Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb Goranboyda keçirilən “Gənclər Düşərgəsi” uğurla yekunlaşıb
Məqalədə: #Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi #Gənclər Düşərgəsi 2025 #Goranboy Olimpiya İdman Kompleksi #Gənclər və İdman Nazirliyi layihəsi #Maarifləndirmə düşərgəsi #Aktiv gənclərin təlimləri #Gənclərin bilik və bacarıqları

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.