9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda "Ərəb dili ayı" elan olunub.

18 Avqust 2025 14:45
Baku
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda "Ərəb dili ayı" elan olunub.

AzerVoice xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) "Ərəb dili ayı"nın rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, Səudiyyə Ərəbistanı Krallığının və digər ərəb ölkələrinin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.
Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru, dosent Ülviyyə Hüseynova "Ərəb dili ayı"nın məqsədi, əhəmiyyəti və tədbirin proqramı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu, əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri məhz ərəb dilidir.

Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qoşulub, öz elmi irsini ərəb dünyasına təqdim ediblər. Bu missiyanın ən böyük daşıyıcılarından biri BDU və onun Şərqşünaslıq fakültəsidir. Professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Həsən Mahmudov, Mübariz Əlizadə, Aida İmanquliyeva, akademik Vasim Məmmədəliyev və bir çox başqa görkəmli şəxsiyyətlər ərəb dili və ərəb ədəbiyyatının Azərbaycanda öyrənilməsi və tədrisinin əsas sütunlarını yaradıblar. Bu ənənəni bu gün də davam etdirən müasir alimlərimiz var. Onların elmi fəaliyyəti nəticəsində Azərbaycan şərqşünaslığı dünya elminin ayrılmaz hissəsinə çevrilib:

"Azərbaycan ərəbşünaslıq məktəbinin formalaşmasında böyük rolu olan alimlərin zəngin elmi irsi bu gün də gənc tədqiqatçılar üçün örnəkdir. BDU-nun Ərəb filologiyası kafedrası Şərqşünaslıq fakültəsinin əsas tədris və elmi-tədqiqat mərkəzlərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ilə mümkün əməkdaşlıq layihələri Universitetin tədris və tədqiqat imkanlarını daha da zənginləşdirə və gənclərimiz üçün yeni perspektivlər aça bilər.

Son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Bir sıra ərəb ölkələrinin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, yeni layihələr müzakirə olunub. BDU-da ərəb dilinin tədrisini inkişaf etdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıl addımlar atılır. Əminik ki, bu fəaliyyət gənclərimizin elmi və peşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək".

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdullah bin Saleh əl-Vaşmi Azərbaycan ilə ərəb dünyası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, Bakı Dövlət Universitetində "Ərəb dili ayı"nın keçirilməsi yalnız elmi-mədəni hadisə deyil, həm də ölkələr arasında strateji tərəfdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biri sayılıb.

Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ərəb dilinin qorunması, inkişafı istiqamətində mühüm işlər görməkdədir. Kral Salman Beynəlxalq Ərəb Dili Akademiyasının təşkil, Bakı Dövlət Universiteti ilə Bakı Avrasiya Universitetinin ev sahibliyi etdiyi "Ərəb dili ayı" Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir. Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfə veriblər:

"Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək, ölkələrimiz və xalqlarımız arasında yaxınlaşmanı gücləndirəcək".

Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Azərbaycanda "Ərəb dili ayı"nın keçirilməsinin dil və mədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edən, təhsil və elmi əməkdaşlıq üçün yeni imkanlar açan əlamətdar bir hadisə olduğunu deyib. O bildirib ki, belə bir ayın təşkili ərəb dilinin respublikamızda yayılmasına, öyrənilməsinə və əsrlərlə formalaşmış mədəni irsimizin qorunmasına dəstəkdir:

"Ərəb dilinin öyrənilməsi və tədrisi həm tarixi-mədəni irsimizin qorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımların gələcəkdə daha da genişlənəcəyinə və yeni əməkdaşlıq imkanları yaradacağına inanırıq".

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım videosunun təqdimatı, Akademiyanın Əbcəd mərkəzində təhsil alan azərbaycanlı məzunların çıxışları olub.
Mərasimdə "Ərəb dili ayı"nın ilk iki həftəsində keçirilən ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Daha sonra "Ərəb dilinə dair 100 sual" kitabının təqdimatı və Azərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım guşəsinə baxış keçirilib.

Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.

BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib
Məqalədə: #Səudiyyə Ərəbistanı #Bakı Dövlət Universiteti #Ərəb Dili Ayı #Ərəb dili tədrisi #Azərbaycan-ərəb əməkdaşlığı #Kral Salman Beynəlxalq Ərəb Dili Akademiyası

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.